×

Təhsilalanlarla İş şöbəsi



Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Təhsilalanlarla İş şöbəsi (bundan sonra “Şöbə”) öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Elm Və Təhsil Nazirliyinin əmr və sərəncamlarını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Nizamnaməsi”-ni, daxili əmək qaydalarını, ADNSU-nun rektorunun əmr və sərəncamlarını rəhbər tutur.

Şöbə öz fəaliyyətində ADNSU-nun fakültələri, kafedraları, struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Əsas fəaliyyət istiqamətləri

Şöbənin sosial şəbəkələrinin yaradılması və idarə olunması;

Psixoloji xidmətin təşkili, ehtiyacı olan təhsilalanlara psixoloji yardımın göstərilməsi;

Təhsilalanların bilik və bacarıqlarının aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə müsabiqələr, olimpiadalar, layihə təqdimatları və digər intellektual yarışların keçirilməsi;

Təhsilalanların sosial layihələrə, xeyriyyə aksiyalarına, ekoloji təşəbbüslərə və digər ictimai fəaliyyətlərə cəlb olunması;

Stresslə mübarizə, emosional intellekt, özünütənzimləmə və empatiya kimi bacarıqların inkişafına yönəlmiş proqramların hazırlanması və tətbiqi.

Tələbələrin təklif və şikayətlərinin asan müraciəti üçün prosedurların, qarşılıqlı dəstək sisteminin yaradılması.


Əsas vəzifələri

Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq və fəaliyyətin təkmilləşdirilməsi məqsədilə müvafiq sahələr üzrə təkliflər vermək;

Fəaliyyət dairəsinə aid məsələlər üzrə səlahiyyətləri çərçivəsində Universiteti dövlət orqanları, yerli özünüidarəetmə qurumları, habelə hüquqi və fiziki şəxslər qarşısında təmsil edir;

Müvafiq sahələr üzrə Universitetdə və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında və fəaliyyətinə dair məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə səlahiyyətləri çərçivəsində Universiteti təmsil edir və həmin tədbirlərin işində iştirak edir;

Şöbə tələbələrin sosial-psixoloji vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili, motivasiyalarının artırılması və davranışlarının tənzimlənməsi ilə bağlı təkliflər hazırlayır və rəhbərliyə təqdim edir;

Şöbə təhsilalanların həvəsləndirilməsi (təşəkkür, sertifikat, mükafat və s.) məqsədilə müvafiq təqdimatlar hazırlayaraq universitetin rəhbərliyinə təqdim edir;

Yerli və beynəlxalq universitetlərin təcrübələrini öyrənir və uyğun yenilikləri universitetdə həyata keçirilməsi barəsində təkliflər verir;

Fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

Rəhbərlik

Təhsilalanlarla İş şöbəsinin müdiri, doktorant: Rəna Cəbrayılova

Rəna Fəxrəddin qızı Cəbrayılova 9 iyun Neftçala rayonunda anadan olmuşdur.

O, 2001–2005-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin “Fizika” ixtisası üzrə təhsil almışdır. 2009–2010-cu illərdə BPİY İnstitutunda riyaziyyat və informatika müəllimliyi üzrə əlavə ixtisasartırma təhsili almışdır. 2012–2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Materialşünaslıq mühəndisliyi ixtisası “Bərk cisimlər” ixtisaslaşması üzrə magirstratura təhsili almışdır. 2017-ci ildə həmin ixtisaslaşma üzrə doktoranturaya qəbul olmuşdur.

Rəna Cəbrayılova əmək fəaliyyətinə 2005-ci ildən başlamış, 2005–2008-ci illərdə Salyan rayon Uşaq Yaradıcılıq Mərkəzində dərnək rəhbəri, 2008–2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində müəllim vəzifəsində çalışmışdır. 2016-cı ildən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedrasında müəllim kimi çalışmış ,eyni zamanda SABAH mərkəzində fəaliyyət göstərir. Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qabiliyyət imtahanlarında müxtəlif illərdə məsul şəxs qismində iştirak etmişdir.

Rəna Cəbrayılova ümumilikdə 14 məqalə olmaqla SCOPUS və WEB of SCIENCE elmi-metrik bazasına daxil olan 2 məqalənin müəllifidir. 6 dan çox yerli və beynəlxalq konfranslarda çıxış etmiş, tezisləri nəşr olunmuşdur. Türkiyə və Özbəkistanda təşkil olunmuş konfranslarda iştirak etmişdir.

Ailəlidir, 3 övladı var.


Əlaqə:

Telefon: 0506482772

Telefon (daxili): 4510

E-poçt: rana.jabrayilova@asoiu.edu.az

Ümumi Əlaqə:

Ünvan: Nəsimi r., Dilarə Əliyeva 111

Otaq nömrəsi: 511

Telefon: 0124934590

E-poçt: event@asoiu.edu.az

İş saatları: 09:00-18:00


Əməkdaşlar

Sıra Ad, soyad Vəzifə E-poçt Telefon
1 Rəna Cəbrayılova müdir rana.jabrayilova@asoiu.edu.az 0506482772
2 Səid İsgəndərov baş mütəxəssis said.isgandarov.elshan@asoiu.edu.az 0702707447
3 Aytəm Əsədova aparıcı mütəxəssis aytam.asadova@asoiu.edu.az 0554323355
4 Rüfət Şahbazov mütəxəssis rufet.shaxbazov@asoiu.edu.az 0776421427
5 Aysel Abdullayeva mütəxəssis aysel.abdullayeva@asoiu.edu.az 0502301070
6 Fatimə Kərimli məsləhətçi psixoloq karimli.fatima@asoiu.edu.az 0518328830

Məlumata cavabdeh şəxs (koordinator)

Mütəxəssis: Aysel Abdullayeva

Telefon: 0502301070

E-poçt: aysel.abdullayeva@asoiu.edu.az