×

Akkreditasiya və keyfiyyət təminatı şöbəsi



Akkreditasiya və keyfiyyət təminatı şöbəsi universitetdə keyfiyyət təminatı və onun inkişafına yönəlmiş strategiyaların, siyasətlərin və prosedurların formalaşdırılmasına, nəzərdən keçirilməsinə və icrasına rəhbərlik edir. Bu şöbə institusional və proqram akkreditasiyası zamanı prosesə rəhbərlik edir, özünütəhlil hesabatları hazırlanması işini təşkil edir. Universitetdə daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, keyfiyyət mədəniyyətinin formalaşması və mənimsənilməsi üçün lazımi tədbirlər (görüşlər və s.) görür. Şöbə eyni zamanda universitetin illik Fəaliyyət Planından irəli gələn fəaliyyətlərin icrasına nəzarətdən məsul olduğu üçün mütəmadi monitorinqlər aparır, mövcud vəziyyəti təhlil etmək məqsədilə universitet üzvləri və maraqlı tərəflər arasında müntəzəm sorğular keçirir. Sorğu nəticələrinə əsasən müvafiq addımların atılması istiqamətində təkliflər hazırlayır.

Əsas fəaliyyət istiqamətləri

  • Universitetin İllik Fəaliyyət Planının (FP) hazırlanması və digər strukturlara kommunikasiya olunması işini təşkil etmək;
  • Universitetdəki fəaliyyətlərin PİNT (Planla, İcra et, Nəzarət et, Tədbir gör) tsiklinə uyğun həyata keçirilməsini təmin etmək;
  • İnstitusional və proqram (beynəlxalq və yerli) akkreditasiyası prosesi ilə bağlı fəaliyyətlərə (özünütəhlil hesabatının hazırlanması, sahə səfərinin təşkili və s. ) rəhbərlik etmək;
  • Akkreditasiya prosesinin nəticəsi olaraq hazırlanan Yekun Hesabatda qeyd olunan tövsiyələrə (çatışmazlıqlara) uyğun fəaliyyət planı hazırlamaq və icrasına nəzarəti həyata keçirmək;
  • Keyfiyyət təminatı ilə bağlı qabaqcıl beynəlxalq və yerli təcrübələri tədqiq edərək ADNSU PHŞ-də həyata keçirilməsi mümkün olan yenilik və dəyişikliklərlə bağlı təkliflər irəli sürmək;
  • ADNSU PHŞ-də Keyfiyyət mədəniyyətinin formalaşması və davamlılığı üçün tədbirlər görmək;
  • Müxtəlif kommunikasiya və monitorinq tətbiqlərindən istifadə edərək təqdim olunan xidmətlərin keyfiyyətinə nəzarəti həyata keçirmək.

Əsas vəzifələri

  • ADNSU PHŞ-nin keyfiyyət təminatı ilə bağlı siyasət və prosedurlarını müəyyənləşdirmək;
  • ADNSU-nun illik Fəaliyyət Planının (FP) hazırlanmasını və digər struktur bölmələrə kommunikasiya olunmasını təmin etmək;
  • Universitetin İllik fəaliyyət planının məsul strukur bölmə və ya şəxslər tərəfindən icrasına nəzarəti həyata keçirmək və nəticələrə uyğun hesabatlar hazırlamaq;
  • İnstitusional və proqram (beynəlxalq və milli) akkreditasiyası zamanı prosesə rəhbərlik etmək, özünütəhlil hesabatları hazırlanması işini təşkil etmək;
  • Müxtəlif istiqamətlər üzrə xidmət göstərən struktur bölmə(lər)in fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi işini təşkil etmək;
  • Təqdim olunan təhsil xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə mütəmadi monitorinqlər aparmaq və müvafiq tədbirlər görmək;
  • Təlim-tədris prosesində müasir materiallardan, innovativ və interaktiv təlim metodları və texnologiyalarından istifadə edilməsinin monitorinqini həyata keçirmək;
  • Daxili və xarici maraqlı tərəflər (təhsilalanlar, təhsilverənlər, məzunlar və s.) arasında mütəmadi olaraq müxtəlif məzmunlu sorğular keçirmək və nəticələrə uyğun təkliflər hazırlamaq;
  • Keçirilmiş sorğu nəticələrinə uyğun hesabat və təkliflər hazırlayaraq universitetin rektoruna və ya Elmi Şuraya təqdim etmək

Rəhbərlik

Şöbə müdiri: Gülnar Cəfərova

Gülnar Cəfərova bakalavriat səviyyəsində təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tamamlamışdır. Təhsil aldığı dövrdə Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyənin Kastamonu Universitetində təhsil alaraq beynəlxalq akademik təcrübə qazanmışdır. 2015–2017-ci illərdə ADPU-nun Təhsil menecmenti ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Doktorantura təhsilini isə Türkiyə Təqaüd Proqramı çərçivəsində Necmettin Erbakan Universitetində eyni ixtisas üzrə uğurla tamamlamışdır.

O, bir dərs vəsaitinin, 10-dan çox elmi-tədqiqat işinin (məqalə, tezis və s.) müəllifi və ya həmmüəllifidir. Həmçinin Türkiyədə beynəlxalq tələbələr arasında keçirilən müsabiqədə II yerə layiq görülmüşdür.

Peşəkar fəaliyyəti çərçivəsində ADPU-da SABAH qrupları layihəsində magistratura səviyyəsində fənn müəllimi, Azərbaycan Respublikası Təhsil İnstitutunun müxtəlif layihələrində mentor, təlimçi və akademik məsləhətçi kimi fəaliyyət göstərmiş, Təhsildə strateji tədqiqatlar şöbəsində aparıcı mütəxəssis, Sumqayıt Dövlət Universitetində (SDU) Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri, eyni zamanda 0,5 ştat müəllim kimi fəaliyyət göstərmişdir. Hazırda pedaqoji fəaliyyətini SDU-da davam etdirməklə yanaşı, ADA Universitetində saat hesabı müəllim (Elmi rəhbər) kimi çalışmaqdadır.


Əlaqə:

Telefon (daxili): 3360

E-poçt: gulnar.cafarova@asoiu.edu.az

Ümumi Əlaqə:

Otaq nömrəsi: 326

Telefon (daxili): 3360

E-poçt: akt@asoiu.edu.az

İş saatları: 09:00-17:30


Əməkdaşlar

Sıra Ad, soyad Vəzifə E-poçt Telefon
1 Çingiz Baxşıyev Aparıcı mütəxəssis bakhshiyev.chingiz@asoiu.edu.az 0506985074

Məlumata cavabdeh şəxs (koordinator)

Şöbə müdiri: Gülnar Cəfərova

Telefon: 0518794302

E-poçt: gulnar.cafarova@asoiu.edu.az