×

SABAH -AZİU 107 fənn üçün vakansiya




Vəzifə öhdəlikləri:


  • Bakalavriat və magistratura səviyyəsində keyfiyyətli tədrisin aparılması
  • Tədris edilən fənn üzrə sillabusun hazırlanması və təsdiq edilmiş tədris planına uyğun icrası
  • Tələbə bilik və bacarıqlarının vaxtında, obyektiv və şəffaf qiymətləndirilməsi
  • Tədris işinin təşkili metodikası və onun təkmilləşdirilməsi ilə bağlı keçirilən təlimlərdə iştirak və müvafiq tələblərə riayət edilməsi
  • ADNSU-nun daxili intizam, akademik və sənədləşmə qaydalarına riayət edilməsi
  • Həmkarlar və tələbələrlə münasibətlərdə etik davranış qaydalarına əməl olunması


Müsabiqədə iştirak üçün tələblər


Bakalavriat səviyyəsi üzrə

  • Ən azı magistr dərəcəsinə malik olması
  • Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması
  • Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə kifayət qədər bilik və müasir elmi ədəbiyyatla tanışlıq
  • İngilis dili üzrə minimum B2 səviyyəsində bilik
  • Tədrisdə İKT alətlərindən istifadə bacarığı
  • İnnovativ tədris metodları və müasir pedaqoji yanaşmalardan istifadə bacarığı
  • Mövzunu səlis təqdimetmə və fikrini aydın ifadə etmə bacarığı
  • Dinamik, təşəbbüskar və məsuliyyətli olması


Magistratura səviyyəsi üzrə

  • Fəlsəfə doktoru (PhD) dərəcəsi və ya sənayedən cəlb edildiyi halda ən azı magistr dərəcəsi
  • Xarici ali təhsil müəssisəsindən alınmış diplomun Azərbaycan Respublikasının müvafiq orqanı tərəfindən nostrifikasiyasının (tanınmasının) olması
  • Tədris edəcəyi fənn və müvafiq ixtisas üzrə dərin bilik və müasir elmi ədəbiyyatla tanışlıq
  • İngilis dili üzrə minimum B2 səviyyəsində bilik
  • Tədrisdə İKT alətlərindən istifadə bacarığı
  • İnnovativ tədris metodlarını və müasir pedaqoji yanaşmaları tətbiq etmək bacarığı
  • Mövzunu səlis təqdimetmə və fikrini aydın ifadə etmə bacarığı
  • İxtisas sahəsinə uyğun elmi-pedaqoji fəaliyyət və ya müvafiq sahə üzrə sənaye, istehsalat və ya konsaltinq təcrübəsi (minimum 5 il)
  • Son 5 il ərzində SCOPUS indeksli jurnallarda ən azı 2 elmi məqaləsinin olması
  • Elmi-tədqiqat layihələrində, qrant proqramlarında və sənaye yönümlü tədqiqatlarda iştirak təcrübəsi
  • Dinamik və təşəbbüskar olması


Əlavə şərtlər və qeydlər

  • İngilis dili fənni üzrə tədris aparan namizədlər üçün IELTS, TKT, TESOL, CELTA, DELTA və s. beynəlxalq kvalifikasiya sertifikatlarının olması üstünlük hesab olunur
  • ADNSU-da tədrisin aparılması namizədin əsas iş yeri ilə razılaşdırılmalıdır və bu öhdəlik müraciət edən şəxsin üzərinə düşür
  • Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən kənar müraciət edən müəllimlər üçün hər bir akademik saata uyğun əməkhaqqı 50 AZN məbləğində nəzərdə tutulur.
  • Vakant fənlərin siyahısını “Fənlər” bölməsinə klikləməklə fayl şəklində yükləmək mümkündür.
  • Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə qeydiyyat bitdikdən sonra anketdə göstərilən elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq
  • Müsahibə mərhələsi aşağıdakı meyarlar üzrə aparılacaq:
    • Sahə üzrə bilik və bacarıqlar
    • SABAH-AZİU qruplarında tədris etmə motivasiyası və kommunikasiya bacarıqları
    • Təqdimat və tədqiqat bacarıqları
  • Seçim yalnız 2025/2026-cı tədris ilinin yaz semestrində müvafiq fənnin tədrisi üçün nəzərdə tutulur.


Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:

👉Müraciət formu


QEYD

Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi, eləcə də xaricdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.