×

Xəbərlər

Xəbərlər 20 Jul 2023
2023-2024-cü tədris ilində ADNSU-nun magistratura təhsil pilləsinə qəbul olanların nəzərinə!

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura səviyyəsinə qəbul olan namizədlər 21.07.2023-31.07.2023-cü il tarixlərində qeydiyyatdan keçməlidir. Bunun üçün:  https://portal.edu.az platformasına keçid etməklə orada göstərilən bölmələrdə özləri barədə məlumatları qeyd etməlidirlər. Eyni zamanda tələbələr aşağıda göstərilən sənədləri ADNSU-nun müvafiq fakültələrinə təqdim etməlidirlər: 

 

Tələb olunan sənədlər aşağıdakılardır:

  1. Şəxsiyyət vəsiqənin surəti (4 nüsxə);
  2.  Diplomun əsli (əvvəlki illərin məzunları). Bu ilki məzunlar üçün bakalavr səviyyəsini bitirmələri haqqında arayış;
  3.  Hərbi biletin surəti (hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti);
  4. Tərcümeyi-hal – 1 nüsxə
  5. Sağlamlıq haqqında arayış (Forma №86, rəngli foto ilə)
  6. Foto şəkil - 3x4 ölçüdə (6 ədəd)
  7. Doğum haqqında şəhadətnamənin surəti
  8.  Ödənişli tələbələr üçün təhsil haqqının ödənilməsini təsdiq edən qəbzin surəti;
  9. Namizədin magistraturaya qəbul olması haqqında elektron çıxarış
  10. Şəhid və məcburi köçkün, valideyn hüququndan məhrum olmuş və Qarabağ əlili övladları statusu olan bakalavrların notariusda təsdiq olunmuş sənədləri

 

 

Əlaqə nömrələri:   

 

GKF- (012) 493 44 61

QNMF- (012) 498 88 46

KTF – (012) 598 52 47

NMF- (012) 498 80 95

EF – (012) 498 65 32

İTİF – (012) 598 45 31

İMF – (012) 598 43 08

MBA proqramı – (012) 493 45 38


Paylaş