Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyətinə, tədqiqatçılarına və Azİİ e-Kitab Evinin oxucularına 21.02.-31.03.2025-ci il tarixlərinə “Bibliorossica.com" rəqəmsal elektron kitabxana platformasının resurslarına pulsuz sınaq imkanı verilıb.
Qeyd edək ki, ”Bibliorossica.com" rəqəmsal kitabxana platforması, “Academic Studies Press Biblioross” nəşriyyatının bir hissəsidir. Universitetin ixtisas profillərinə uyğun bir sıra kolleksiyaları özündə əhatə edən elektron kitabxana platformasının fonduna aşağıdakı elmlər üzrə kitablar yerləşdirilib.
1.Kompüter elmləri kolleksiyası
2.İqtisadiyyat və İdarəetmə faydaları toplusu
3.Tətbiqi geologiya, mədənçilik, neft və qaz, geodeziya
Kataloqda Cambridge University Press nəşriyyatının ingilis dilində kitabları da yerləşdirilib. Elektron kitabxana sistemindən və onun bazasına daxil olan 30 000-ə yaxın, bir çox elm sahələrini əhatə edən kitablardan yararlanmaq istəyənlər verilmiş linklərdən istifadə edə bilər və yaxud Azİİ e- Kitab Evindən sorğularına cavab ala bilərlər.
https://www.bibliorossica.com/
https://www.bibliorossica.com/catalog.html?