×

News

News 28 Jan 2025
İkili Diplom Proqramı çərçivəsində “Emerging Technologies and Engineering Innovation” üzrə intensiv tədris həftəsi keçirilib

"Bərpa olunan enerji mənbələri" üzrə magistratura səviyyəsində həyata keçirilən İkili Diplom Proqramının (İDP) ikinci kurs magistrantları üçün intensiv tədris həftəsi keçirilib.

 Sayca səkkizinci (sonuncu) olan intensiv tədris həftəsi yanvarın 20-dən 24-dək əcnəbi professor-müəllim heyətinin iştirakı ilə ADNSU-da davam edib. 

“Flying Faculty” yanaşmasına əsasən, ölkəmizdə səfərdə olan əcnəbi professor-müəllim heyətinin rəhbərliyi ilə tədris edilən “Emerging Technologies and Engineering Innovation” adlı fənn bloku çərçivəsində tələbələr bərpa olunan enerji sahəsində transformativ texnologiyalarla tanış olublar. Bundan başqa, tələbələr iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün mühəndislik alətlərindən istifadə etmək, innovativ həllər tərtib etmək və mürəkkəb enerji sistemlərini sintez etmək yolları ilə yaxından tanış olublar. Həftə ərzində xarici tərəfdaş universitetdən distant formada qoşulan qonaq mühazirəçi “Generative Süni İntellek”in bərpa olunan enerjidə tətbiqləri barədə danışaraq enerji istehsalının proqnozlaşdırılması, virtual elektrik stansiyaları, şəbəkə çevikliyinin artırılması və müxtəlif sektorlarda enerji optimallaşdırılması kimi məsələlərə toxunub.

Tələbələr həmçinin, komandalara bölünərək birgə əməkdaşlıq və çevik problem həlletmə bacarıqlarını inkişaf etdirən interaktiv çalışmalarda fəal iştirak etdiblər. Bu təcrübə tələbələrin dayanıqlı gələcək üçün innovativ həllər tərtib etmək və çevik şəkildə həyata keçirmək yollarını araşdırmaq imkanlarını genişləndirir.


Share