×

Xəbərlər

Xəbərlər 12 Mar 2026
ADNSU-nun Tarix muzeyində açıq dərs keçirilib

Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tarix muzeyində açıq dərs təşkil olunub. Açıq dərs muzeyin müdiri Ülviyyə Mirzəyevanın təşəbbüsü ilə baş tutub. 

Açıq dərs Qaz-neft mədən fakültəsinin (QNMF) üçüncü kurs tələbələrinə həmin fakültənin Neft-qaz mühəndisliyi kafedrasının professoru Rafiq İbrahimov tərəfindən muzeydə nümayiş olunan eksponatlar üzərində keçirilib. Dərs zamanı tələbələr muzeydə saxanılan qədim və dəyərli eksponatlarla yaxından tanış olub, onların tarixi və əhəmiyyəti, universitetin zəngin tarixi irsi barədə məlumat əldə ediblər.

Qeyd edək ki, açıq dərsin keçirilməsində əsas məqsəd tələbələrdə universitetin tarixi irsinə marağın artırılması və onların bu irslə daha yaxından tanış olmalarını təmin etmək olub.


Paylaş