×

Xəbərlər

Xəbərlər 12 Mar 2026
ADNSU tələbələri Qazaxıstanda keçirilən hakatonda qalib olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri akademik mobillik proqramı çərçivəsində Qazaxıstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində keçirilən YU Pitch 2026 hakatonunda uğur qazanıblar.

Hakatonda ADNSU-nun ümumilikdə 10 tələbəsi iştirak edib. Onlardan 2 nəfər tələbə-Mehparə Heydərova və Elnur Vəlizadə yüksək nəticə göstərərək müsabiqədə birinci yerə layiq görülüblər.

Qeyd edək ki, akademik mobillik proqramı çərçivəsində xaricdə təhsil alan ADNSU tələbələri beynəlxalq layihələrdə fəal iştirak edir, müxtəlif müsabiqə və tədbirlərdə universiteti uğurla təmsil edirlər. Bu uğur tələbələrin yalnız təhsil sahəsində deyil, həm də beynəlxalq layihələrdə öz bilik və bacarıqlarını nümayiş etdirdiklərini göstərir.


Paylaş