Ömürboyu Təhsil Mərkəzi vətəndaşların fasiləsiz təhsil almaq imkanlarının genişləndirilməsi, peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun yeni kompetensiyaların formalaşdırılması məqsədilə fəaliyyət göstərir.
Mərkəzdə təkrar ali təhsil və digər əlavə təhsil proqramları üzrə tədris təşkil olunur. Təhsil prosesi müasir tələblərə uyğun hazırlanmış proqramlar əsasında həyata keçirilir və dinləyicilərin əvvəlki təhsil səviyyəsi, peşə təcrübəsi və fərdi inkişaf ehtiyacları nəzərə alınır.
Ömürboyu Təhsil Mərkəzi keyfiyyətli təhsil xidmətləri göstərməklə insan kapitalının inkişafına, peşəkar kadr hazırlığının təkmilləşdirilməsinə və cəmiyyətin sosial-iqtisadi inkişafına töhfə verir.
Ömürboyu Təhsil Mərkəzinin missiyası cəmiyyətin və əmək bazarının dinamik tələblərinə uyğun olaraq fərdlərin bilik, bacarıq və kompetensiyalarının fasiləsiz inkişafını təmin edən çevik və inklüziv təhsil mühiti yaratmaqdır.
Mərkəz müasir elmi yanaşmalar, innovativ pedaqoji metodlar və rəqəmsal texnologiyalar əsasında hazırlanmış proqramlar vasitəsilə öyrənənlərin peşəkar və şəxsi inkişafını dəstəkləyir, onların dəyişən iqtisadi və texnoloji mühitə uyğunlaşma qabiliyyətini gücləndirir.
Eyni zamanda, Ömürboyu Təhsil Mərkəzi akademik biliklə praktik təcrübə arasında körpü rolunu oynayaraq, sənaye, dövlət və cəmiyyət arasında effektiv əməkdaşlıq platforması formalaşdırır. Mərkəz inklüzivlik, əlçatanlıq və keyfiyyət prinsiplərinə əsaslanaraq, müxtəlif yaş və peşə qrupları üçün davamlı öyrənmə imkanlarının genişləndirilməsini təmin edir və insan kapitalının inkişafına töhfə verir.
Ömürboyu Təhsil Mərkəzi innovativ, çevik və keyfiyyət yönümlü təhsil modeli ilə seçilən, milli və beynəlxalq səviyyədə tanınan qabaqcıl fasiləsiz təhsil platformasına çevrilməyi hədəfləyir.
Mərkəz uzunmüddətli perspektivdə rəqəmsallaşma, qlobal əməkdaşlıq və multidissiplinar yanaşmaları əsas götürərək, müasir çağırışlara cavab verən, əmək bazarının gələcək ehtiyaclarını qabaqlayan və davamlı inkişaf prinsiplərinə əsaslanan təhsil ekosistemi formalaşdırmağı qarşıya məqsəd qoyur.
Vizyon çərçivəsində mərkəz yalnız bilik ötürən deyil, eyni zamanda innovasiyaları təşviq edən, yeni ideyaların və bacarıqların formalaşmasına şərait yaradan, regional və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli insan resurslarının hazırlanmasına töhfə verən aparıcı akademik platforma olmağı hədəfləyir.
Mərkəzin əsas fəaliyyət istiqaməti formal təhsil üzrə ikinci bakalavr təhsilinin təşkili və həyata keçirilməsidir.
| İxtisasın şifri | İxtisasın adı |
|---|---|
| 6004001 | Beynəlxalq ticarət və logistika |
| 6004002 | Biznesin idarə edilməsi* |
| 6004004 | İqtisadiyyat |
| 6004006 | Marketinq |
| 6004007 | Menecment |
| 6005009 | Kompüter elmləri |
| 6006004 | Cihaz mühəndisliyi |
| 6006005 | Data Analitikası |
| 6006007 | Ekologiya mühəndisliyi |
| 6006008 | Elektrik və elektronika mühəndisliyi |
| 6006009 | Energetika mühəndisliyi |
| 6006010 | Geologiya və geofizika mühəndisliyi |
| 6006015 | Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi |
| 6006016 | İnformasiya texnologiyaları |
| 6006017 | İnformasiya təhlükəsizliyi |
| 6006020 | Kimya mühəndisliyi |
| 6006022 | Kompüter mühəndisliyi |
| 6006023 | Qida mühəndisliyi |
| 6006025 | Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi |
| 6006026 | Maşın mühəndisliyi |
| 6006027 | Materiallar mühəndisliyi |
| 6006028 | Mexanika mühəndisliyi |
| 6006029 | Mexatronika və robototexnika mühəndisliyi* |
| 6006033 | Mədən mühəndisliyi |
| 6006035 | Neft-qaz mühəndisliyi |
| 6006039 | Proseslərin avtomatlaşdırılması mühəndisliyi |
| 6006040 | Radiotexnika və telekommunikasiya mühəndisliyi |
| 6006041 | Sənaye mühəndisliyi |
Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 20, ADNSU-nun əsas binası, I mərtəbə, Ömürboyu Təhsil Mərkəzi
Əlaqə nömrələri: *1920 daxili xətt (4930; 4940; 4970; 4980)
E-poçt: omurboyutehsil@asoiu.edu.az