Süni İntellekt İnstitutunun tərkibində fəaliyyət göstərən dörd tədqiqat istiqaməti :
a) Computer Vision və Robotika;
b) Təbii Dilin Emalı (NLP);
c) Etibarlı və Təhlükəsiz Süni İntellekt;
d) Ümumi Maşın Öyrənməsi;
Yuxarıda göstərilən tədqiqat istiqaməti üzrə tədqiqat qrupu rəhbərlərinin işə qəbulu üçün ümumi elan həyata keçirilir.
Hər bir namizəd müraciət zamanı hansı tədqiqat qrupu rəhbərliyi üzrə müraciət etdiyini açıqca göstərməlidir.
1. Kvalİfİkasİya tələblərİ
Təhsil:
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli istiqamətlər üzrə PhD dərəcəsi;
- CSRankings indeksi üzrə Top 300 universitetin məzunlarına üstünlük verilir;
- PhD dərəcəsi olmayan, lakin magistr dərəcəsini CSRankings üzrə Top 300 universitetdən birində almış və uyğun tədqiqat təcrübəsinə malik namizədlərə istisna qaydada baxıla bilər;
İş və tədqiqat təcrübəsi:
- Maşın öyrənmə, Kompüter görməsi, Robototexnika və ya NLP istiqamətlərində minimum 3 il iş və/və ya tədqiqat təcrübəsi;
- Tədqiqat təcrübəsi daha yüksək olan namizədlərə üstünlük verilir;
Elmi fəaliyyət və nəşrlər:
- Scopus və ya Web of Science bazalarında indekslənmiş Q1–Q2 kvartallı jurnallarda və ya CORE Conference Ranking üzrə A*, A, B kateqoriyalı konfranslarda minimum 3 elmi məqalənin olması;
- Həmin məqalələrdən ən azı birində əsas müəllif olması;
- Beallslist siyahısındakı yırtıcı jurnallarda, eyni zamanda MDPI əsaslı jurnallarda dərc olunmuş məqalələr nəzərə alınmır;
Dil:
- İngilis dili üzrə C1–C2 səviyyəsində bilik;
Sertifikat:
- Xüsusi sertifikat tələbi yoxdur;
2. Kompetensİya tələblərİ
Texniki və funksional kompetensiyalar:
- Maşın öyrənməsinin riyazi əsasları üzrə dərin bilik:
- xətti cəbr;
- ehtimal nəzəriyyəsi və statistika;
- optimallaşdırma;
- Dərin öyrənmə arxitekturaları üzrə bilik:
-
Modellərin təlim prinsipləri üzrə bilik:
- backpropagation;
- regularization;
- optimallaşdırma alqoritmləri;
- Müraciət edilən tədqiqat qrupunun istiqaməti üzrə dərin ixtisas biliyi;
- Python proqramlaşdırma dilində sərbəst işləmək bacarığı;
- Linux mühitində işləmək bacarığı;
- Git vasitəsilə versiya nəzarəti və komanda daxilində kodun idarə olunması bacarığı;
- PyTorch vasitəsilə dərin öyrənmə modellərinin qurulması və təlimi;
- scikit-learn, NumPy və SciPy alətlərindən istifadə bacarığı;
- Hugging Face, Transformers və ya ekvivalent müasir model kitabxanaları ilə işləmək bacarığı;
Davranış və idarəetmə kompetensiyaları:
- Komandada effektiv işləmək;
- Komandanı idarə etmək;
- Effektiv şifahi və yazılı kommunikasiya;
- Akademik və elmi yazı bacarığı;
- Tədqiqat nəticələrini təqdim etmək və elmi müzakirələr aparmaq bacarığı;
- Riskləri müəyyən etmək, qiymətləndirmək və idarə etmək bacarığı;
Əmək haqqı: 5500AZN
Son müraciət tarixi: 14.09.2026
Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:
👉Müraciət formu
QEYD: Əmək haqqı namizədin bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsinin nəticələrinə əsasən müəyyən edilir.