Professor Lütfi Zadənin xatirəsinə həsr olunmuş Soft Kompütinq, Sözlərlə Hesablama, Persepsiya və Süni İntellekt Nəzəriyyəsi və tətbiqləri üzrə 13-cü Beynəlxalq Konfrans (ICSCCW-2026) 25-26 avqust 2026-cı ildə Gürcüstanın Tbilisi şəhərində keçiriləcək.
2001-ci ildən başlayaraq ICSCCW hər iki ildən bir təşkil edililir, Soft Komputinq və Süni İntellektin tətbiqi sahəsində tədqiqatçıları, mühəndisləri və təcrübəçiləri son bilik və təcrübələrin mübadiləsi üçün bir araya gətirir. Builki, on üçüncü ICSCCW-2026 konfransı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu və Zadə İrsi və Süni İntellekt Assosiasiyası tərəfindən dünyanın nüfuzlu elmi mərkəzləri – Texas Universiteti (ABŞ), Georgia State University (ABŞ), Alberta Universiteti (Kanada), Toronto Universiteti (Kanada), Polşa Elmlər Akademiyası, Yaxın Şərq Universiteti (Kipr Respublikası), Zigen Universiteti (Almaniya) və Gürcüstan Elmlər Akademiyası ilə birgə əməkdaşlıqda təşkil olunur.
Müzakirə və çıxışlar Qeyri-Səlis Sistemlər və Süni İntellektin tətbiqi, o cümlədən qeyri-səlis məntiq, neyron şəbəkələr, təkamül hesablamaları, maşın öyrənməsi, ehtimal nəticə çıxartma, xaos nəzəriyyəsi və hibrid sistemlərin mühəndislik, iqtisadiyyat, biznes, maliyyə və təhsil sahələrində tətbiqinə yönələcək. Digər sahələrə tətbiqlər də nəzərdə tutulur.
Qəbul edilmiş məqalələr Springerin "Lecture Notes in Networks and Systems" seriyasında dərc olunacaq. Bu seriya DBLP, EI Compendex, INSPEC, SCImago, SCOPUS, WTI AG, zbMATH, Google Scholar və Springer Nature linki kimi yüksək səviyyəli platformalar tərəfindən indeksləşdirilir.
Ətraflı məlumat almaq üçün konfransın veb-saytına daxil olun: https://icsccw2026.az/