×

Conference

Konfrans üçün məqalələrin tərtibat qaydaları

Müəlliflər üçün qaydalar

1) Məqalə azərbaycan, rus və ingilis dilində kafedranın e-mail ünvanına (sevinc.mustafayeva@asoiu.edu.az) bir faylda təqdim olunmalıdır.

2) Məqalənin ilk səhifəsində məqalənin adı, müəllif(lər)in adı, soyadı, işlədiyi müəssisə, müəllifin elmi dərəcəsi, vəzifəsi, elektron poçt ünvanı və əlaqə nömrələri göstərilməlidir. Sonra abstract (0.5 səh.), açar sözlər (ən azı 6 söz). Ədəbiyyatda nəşrlər son 10 ilə aid olmalıdır
Məqalənin mətni aşağıdakı kimi nömrələnmiş müstəqil bölmələrdən ibarət olmalıdır:

  • 1. Giriş (istinad etməklə həmin sahədə əvvəllər nəşr edilmiş tədqiqatlarla məzmunlu müqayisə və aktuallığın əsaslandırılması).
  • 2. Məqsəd
  • 3. Metodlar
  • 4. Nəticə
  • 5. Ədəbiyyat

I. Müəllifin özünün yaxud digər şəxsin əvvəllər nəşr olunmuş nəticələrinə istinad aşağıdakı şəkildə olmalıdır, məs. [1, 3, 6].

II. Düsturlar Equation of WinWord-də yığılmalıdır. Mətndə ancaq istinad olunan düsturlar nömrələnir. Düsturların nömrəsi mötərizədə, sətrin sağ sərhədində yazılır. Riyazi simvol və indekslər ancaq latın və yunan hərfləri ilə meylli şriftlə yazılmalıdır. Abreviaturalar izah olunmalıdır.

III. Cədvəllər və şəkillər nömrələnməlidir: cədvəllər yuxarıdan (mərkəzə düzlənmiş) (məs. Cədvəl 1), şəkillər altdan (mərkəzə düzlənmiş) (Şəkil 1). Cədvəllərin adı cədvəlin yuxarısında, şəkilin adı onun altında yazılır.

IV. Məqalənin mətni Ədəbiyyatla qurtarır.

V. Ədəbiyyat siyahısı müəlliflərin soyadına görə sıralanmalıdır. Ədəbiyyat latın əlifbası ilə yazılmalıdır. Ədəbiyyat siyahısında ədəbiyyatın adı – əgər mənbə məqalədirsə, onda iki maili xətlə, konfrans materialıdırsa, onda bir maili xətlə və monoqrafiya olduqda isə nöqtə ilə ayrılır. Hər bir mənbədə səhifələr (əgər mənbə internetdən götürülübsə, onda onun ünvanı) göstərilməlidir. Ədəbiyyat hissəsində nəşrlər yalnız son 10 ilə aid olmalıdır . Ədəbiyyat siyahısı - 10-20 arası olmalıdır.

VI. Mətn A4 kitab formatı (yuxarıdan – 2 sm, aşağıdan – 2 sm, soldan – 2 sm, sağdan – 2 sm), üslub “Normal” (“Adi”), şrift Times New Roman (ölçü 12), abzas – 0,5 sm, interval – 1.

VII. Müəlliflərin soyadları və inisialları, məqalənin adı qalın baş hərflərlə, “Ədəbiyyat” və bölmələrin adları qalın hərflərlə yazılmalıdır.

VIII. Məqalə 5-9 səhifədən ibarət olmalıdır. Məqalələrin qəbulu son vaxtı 5.06.2024