×

Prorektorlar

Elnur İsmayılov

Ümumi işlər üzrə prorektor

Əmək funksiyası:


🔹Ali təhsil müəssisəsinin fakültə, kafedra və digər struktur bölmələrinin ümumi xarakterli məsələlərinin həllinə,

🔹Universitetin inzibatı binalarında mühafizə xidmətini koordinasiya etməklə təhlükəsizliyin təmin olunmasına, eləcə də mülki müdafiə qərargahının iş istiqamətlərinin təşkilinə rəhbərlik edir.

🔹Ümumi işlər üzrə prorektor arxivin, hərbi səfərbərlik və xüsusi şöbə üzrə strukturların işinə bilavasitə nəzarət və rəhbərliyi həyata keçirir.

🔹Ümumi işlər üzrə prorektor həmçinin, universitetin beynəlxalq əlaqələri, professor-müəllim heyəti və tələbələrin mübadiləsi, əcnəbi tələbələrin təhsili ilə bağlı işlərin səmərəli formada təşkilinə, bu zaman milli maraqların və dövlətçilik ənənələrinin qorunmasına töhfə verir.

🔹Bundan əlavə, o, kargüzarlıq işi, ərizə, şikayət və müraciətlərə baxılması, universitetin əməkdaşları və tələbələr arasında yarana biləcək neqativ halların qarşısının alınması kimi məsələlərin icrasına rəhbərlik edir.


Əlaqə

elnur.ismayilov@asoiu.edu.az

+994 12 598 02 44