×

Prorektorlar

Elviz İsmayılov

Elm və innovasiya məsələləri üzrə prorektor

Əmək funksiyası:


🔹Universitetdə elmi fəaliyyətin və innovasiya siyasətinin strateji planlaşdırılması, təşkili, idarə olunması və davamlı inkişafına rəhbərlik edir.

🔹Elmi-tədqiqat institutları, laboratoriyalar, innovasiya mərkəzləri və digər elmi strukturların fəaliyyətini əlaqələndirir, onların qarşılıqlı əməkdaşlığını, effektivliyini və hesabatlılığını təmin edir.

🔹Professor-müəllim heyətinin və gənc tədqiqatçıların elmi fəaliyyət göstəricilərinin təhlilinə, onların elmi potensialının artırılmasına, qrant layihələrinin hazırlanmasına və beynəlxalq elmi proqramlarda iştirakına dəstək verir.

🔹Universitetdə innovasiya ekosisteminin formalaşdırılması, startapların və texnologiya transferi fəaliyyətlərinin inkişafı, texnoparklar və innovasiya mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində tədbirlər görür.

🔹Universitetin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nəticələrin beynəlxalq bazalarda və yüksək impakt faktorlu jurnallarda nəşrinin təşviq edilməsini təmin edir.

🔹Elm, texnologiya və innovasiya sahəsində dövlət proqramları və strateji təşəbbüslərin universitet səviyyəsində icrasını koordinasiya edir.


Əlaqə

elviz.ismayilov@asoiu.edu.az