×

Bərpa Olunan Enerji Laboratoriyasının müdiri




Vəzifənin məqsədi:

ADNSU–Vorvik Universiteti Beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bərpa Olunan Enerji Laboratoriyasının fəaliyyətinin təşkili və idarə olunması, laboratoriya və tədris infrastrukturunun səmərəli istifadəsinin təmin edilməsi, avadanlıqların idarə olunması və tədris, elmi-tədqiqat və layihə fəaliyyətlərinə texniki dəstəyin göstərilməsi.


Əsas vəzifə və öhdəliklər:

  • Laboratoriyanın gündəlik fəaliyyətinin təşkili və idarə olunması;
  • Laboratoriya və tədris otaqlarının tədris prosesinə hazırlığının və səmərəli istifadəsinin təmin edilməsi;
  • Avadanlıq, proqram təminatı və digər maddi-texniki resursların uçotu, qorunması və düzgün istifadəsinə nəzarət;
  • Texniki nasazlıqların və təchizat ehtiyaclarının müəyyənləşdirilməsi və aidiyyəti struktur bölmələrlə koordinasiyası;
  • Laboratoriya dərsləri, praktiki məşğələlər və elmi-tədqiqat fəaliyyətlərinin təşkilinə texniki və metodiki dəstəyin göstərilməsi;
  • Laboratoriyada təhlükəsizlik qaydalarına və istifadə prosedurlarına riayət olunmasına nəzarət;
  • Bərpa olunan enerji və mühəndislik istiqamətində praktiki və elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə dəstək;
  • Tələbə, müəllim və tədqiqatçıların laboratoriya imkanlarından istifadəsinin koordinasiyası;
  • Yeni avadanlıq və resurslara olan ehtiyacların müəyyənləşdirilməsi və inkişaf təkliflərinin hazırlanması;
  • Laboratoriyanın fəaliyyəti və maddi-texniki vəziyyəti ilə bağlı hesabatların hazırlanması;
  • Universitetin aidiyyəti struktur bölmələri və tərəfdaş təşkilatlarla əməkdaşlığın koordinasiyası.


Kvalifikasiya və peşəkar tələblər:

  • Mühəndislik, energetika, mexanika, mexatronika, bərpa olunan enerji və ya əlaqəli istiqamət üzrə ali təhsil;
  • Magistr dərəcəsi üstünlükdür;
  • Mühəndislik, laboratoriya və ya elmi-tədqiqat sahəsində müvafiq iş təcrübəsi;
  • Mühəndislik proqramları və simulyasiya alətləri ilə işləmək bacarığı;
  • ANSYS, SolidWorks, MATLAB, Python və digər mühəndislik proqramları üzrə biliklər üstünlükdür;
  • Laboratoriya və ölçmə avadanlıqları ilə işləmək bacarığı;
  • Texniki sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis, ingilis dilində işgüzar ünsiyyət bacarığı;

Əsas kompetensiyalar:

  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və prioritetlərin idarə edilməsi;
  • Komanda işi və effektiv kommunikasiya bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük;
  • Texniki yenilikləri öyrənmək və tətbiq etmək bacarığı;
  • Təhlükəsizlik qaydalarına və iş prosedurlarına məsuliyyətli yanaşma.

Üstünlük veriləcək namizədlər:

Bərpa olunan enerji texnologiyaları, FEA, CFD, enerji sistemlərinin modelləşdirilməsi və rəqəmsal simulyasiya üzrə bilik və təcrübəsi, elmi-tədqiqat və mühəndislik layihələrində, eləcə də universitet və ya elmi-tədqiqat laboratoriyalarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.


Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:

👉Müraciət formu


Son müraciət tarixi: 28.09.2026


Müraciət ünvanı: hr.academic@asoiu.edu.az

Qeyd: E-poçtun mövzu hissəsində “Bərpa Olunan Enerji Laboratoriyasının müdiri” qeyd olunmalıdır.