×

İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsi

Kafedra haqqında

Universitetimizdə Ali riyaziyyat kafedrası 1921-ci ildə təşkil olunmuşdur. Universitetin (keçmişdə İnstitutun) açılış günü (2 yanvar 1921-ci il) birinci mühazirə Ali riyaziyyat kursundan olmuşdur. Mühəndis Səmədbəy Vəkilovun oxuduğu bu mühazirədə 400 nəfər dinləyici iştirak edirdi.

İlk yaranmış kafedraya L.S.Leybenzon rəhbərlik edirdi. Kafedranın ştatında 4 nəfər əməkdaş var idi.

1923-cü ildə kafedra müdiri N.N.İovlev təyin olunur.

1926-cı ildə kafedra 2 yerə bölünür: Analiz kafedrası (müdiri A.S.Kovanko) və Həndəsə kafedrası (müdiri professor N.N.İovlev). 1928-ci ildə bu kafedralar yenidən birləşdirilir və “Ali riyaziyyat” adlandırılır (müdiri professor A.M.Amosov). A.M.Amosov kafedraya 1945-ci ilə qədər rəhbərlik edib.

Ali riyaziyyat kafedrasına 1945-1961-ci illərdə dosent M.A.Şeydayev, 1961-1969-cu illərdə do... ətraflı

İxtisaslar