İşə qəbul üçün tələb olunan məlumatlar:
1. Təhsil: bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür)
2. İş təcrübəsi: 3 il
3. Sertifikatlar və sənədlər: İngilis dili və digər dil biliklərini təsdiq edən sənəd (İELTS, TOEFL və.s.), müvafiq sahədə təlimlər və ya sertifikatlar üstünlükdür.
Bilməlidir:
- Azərbaycan və ingilis dillərində səlis danışıq və yazı bacarığına malik olmalıdır;
- Əməkdaşlıq fəaliyyətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq normalara və tərəfdaş ölkələrin tələblərinə uyğun şəkildə həyata keçirilməsi prinsiplərini bilməlidir;
- "Təhsil haqqında" qanunu və ali təhsilin normativ-hüquqi aktlarını dərindən bilməlidir;
- Xarici əlaqələr və beynəlxalq müqavilələrin hüquqi tənzimlənməsi üzrə biliklərə sahib olmalıdır.
Vəzifə funksiyaları:
- Beynəlxalq tərəfdaşlarla həmçinin xarici ali təhsil müəssisələri, təşkilatlar, beynəlxalq şəbəkələr və donor qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması, saxlanılması və inkişaf etdirilməsi;
- Beynəlxalq tərəfdaşlarla əlaqələri və əməkdaşlıq göstəricilərini əhatə edən məlumat bazasının formalaşdırılması, informasiya və bazaların idarə olunması;
- Əməkdaşlıq sənədlərinin protokolları, anlaşma memorandumları (MoU), müqavilə layihələrinin hazırlanması və razılaşdırılması;
- Müqavilələrin hüquqi və institusional tələblərə uyğunluğunun təmin olunması üçün aidiyyəti struktur bölmələrlə əməkdaşlıq;
- Beynəlxalq layihələrin təşviqi və koordinasiyası;
- Xarici tərəfdaşlarla birgə həyata keçirilən layihələrin təşkili və icrasında struktur bölmələrə dəstəyin göstərilməsi;
- Müxtəlif beynəlxalq proqramlarda iştirak təşəbbüslərinin irəli sürülməsi və dəstəklənməsi;
- Beynəlxalq tədbirlərin təşkil həmçinin xarici nümayəndə heyətlərinin qəbulu, beynəlxalq forum, konfrans, görüş və təlimlərin təşkili və əlaqələndirilməsi.
- Beynəlxalq əməkdaşlıq çərçivəsində görülmüş işlərə dair dövri və yekun hesabatların hazırlanması;
- Təşkilatın xarici təqdimatı üçün zəruri materialların hazırlanması və təqdimatın həyata keçirilməsi.
4. Texniki səriştəliliklə bağlı şərtlər: Microsoft Excel (orta və ya yüksək səviyyə)- Formullar, Pivot Cədvəllər, qrafiklər, məlumatların təhlili. Microsoft PowerPoint və ya Google Slides ilə təqdimat hazırlamaq bacarığı, Outlook.
QEYD: Bildiririk ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.