×

Prorektorlar

Nigar Adilova

Beynəlxalq əlaqələr üzrə prorektor

Əmək funksiyası:


🔹Universitetin beynəlmiləlləşmə strategiyasını inkişaf etdirir və həyata keçirilməsini təmin edir.

🔹Xarici ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına, inkişafına və effektiv idarə olunmasına rəhbərlik edir.

🔹Tələbə və akademik heyətin beynəlxalq mobillik proqramlarında iştirakını təşviq edir, mübadilə və beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

🔹İkili diplom və birgə təhsil proqramlarının hazırlanması və inkişafını koordinasiya edir, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılmasını və beynəlxalq akkreditasiya proseslərinin təşkili və idarə olunmasını təmin edir.

🔹Əcnəbi tələbələrin cəlb olunması, qəbulu, uyğunlaşması (orientasiyası) və təhsil prosesinin koordinasiyasını həyata keçirir, həmçinin beynəlxalq məzun şəbəkələrinin inkişafını dəstəkləyir.

🔹Universitet əməkdaşlarının beynəlxalq layihə və elmi-tədqiqat fəaliyyətlərində iştirakını təşviq edir və bu istiqamətdə institusional dəstək mexanizmlərini inkişaf etdirir.

🔹Səfirliklər, beynəlxalq təşkilatlar və təhsil agentlikləri ilə əlaqələrin qurulması və inkişafında universitetin əsas əlaqələndirici nümayəndəsi kimi çıxış edir, universitetin beynəlxalq konfrans və tədbirlərdə təmsil olunmasını təmin edir.


Əlaqə

nigar.adilova@asoiu.edu.az