Qaz-neft-mədən fakültəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ən aparıcı və tarixi ənənələrə malik struktur bölmələrindən biridir. Fakültədə mühəndis kadrların hazırlanmasına universitetin yarandığı ilk illərdən, 1920-ci ildən başlanılıb və bu günədək ölkənin neft-qaz sənayesinin inkişafında mühüm rol oynayan minlərlə yüksək ixtisaslı mütəxəssis yetişdirilib.
Fəaliyyət göstərdiyi dövr ərzində fakültədə 27 000-dən çox neftçi-mühəndis, 7 000-dən artıq bakalavr və 1 500-ə yaxın magistr hazırlanıb. Fakültə mühəndislik sahələri üzrə peşəkar, rəqabətqabiliyyətli və innovativ düşüncəyə malik kadrların hazırlanmasını həyata keçirən əsas akademik mərkəzlərdən biri kimi fəaliyyətini davam etdirir.
Fakültədə neft-qaz sənayesinin əsas istiqamətlərini əhatə edən müasir ixtisaslar üzrə tədris aparılır və təhsil prosesi nəzəri biliklərlə yanaşı praktiki bacarıqların inkişafına yönəldilmişdir.
İxtisaslar və akademik fəaliyyət
Fakültədə aşağıdakı ixtisaslar üzrə tədris həyata keçirilir:
Tədris prosesi bakalavriat, magistratura və doktorantura səviyyələrində təşkil olunur. Təhsil proqramları müasir sənaye tələblərinə uyğun hazırlanmış və tələbələrin həm nəzəri, həm də praktik hazırlığını təmin etməyə yönəldilmişdir.
Elmi-tədqiqat istiqamətləri
Fakültənin elmi fəaliyyəti neft-qaz sənayesinin aktual problemlərinin həllinə yönəlmişdir və geniş spektri əhatə edir:
Fakültədə aparılan elmi-tədqiqat işlərinin nəticələri tədris prosesinə inteqrasiya olunur və sənaye ilə əməkdaşlıq çərçivəsində tətbiq edilir.
Vəzifə və missiyalar
Fakültənin əsas məqsədi müasir tələblərə cavab verən, beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik mühəndis və elmi kadrların hazırlanmasıdır.
Əsas vəzifələr:
Laboratoriyalar və elmi baza
Fakültənin maddi-texniki bazası müasir laboratoriyalarla təchiz olunub və tələbələrin praktiki hazırlığında mühüm rol oynayır:
Maye və qaz axınlarının hidravlik xüsusiyyətlərinin, boru kəmərlərindəki təzyiq itkilərinin və axın rejimlərinin eksperimental tədqiqi
Neft-qaz avadanlıqlarında korroziya proseslərinin öyrənilməsi, mühafizə üsullarının və inhibitorların səmərəliliyinin tədqiqi
Neftin quyu ilə çıxarılması laboratoriyasında karbohidrogen məhsullarının çıxarılması üsulları və qaldırıcı borularda baş verən hidrodinamik proseslər tədqiq olunur. Aparılan eksperimental və analitik araşdırmalar nəticəsində qurğuların texnoloji və istismar parametrləri təhlil edilir, bu parametrlərin qarşılıqlı təsiri qiymətləndirilir və sistemin daha səmərəli işləməsini təmin edən optimal iş rejimləri müəyyən edilir
Neftvermə prosesinin modelləşdirilməsi laboratoriyasında kompüter proqramları vasitəsilə aparılan simulyasiya və modelləşdirmə işləri nəticəsində lay sistemlərində baş verən hidrodinamik proseslərin öyrənilməsi və təhlili həyata keçirilir. Aparılan tədqiqatlar lay daxilində maye və qaz axınlarının davranışını, təzyiq paylanmasını, eləcə də karbohidrogenlərin hasilatı prosesinin xüsusiyyətlərini daha dəqiq qiymətləndirməyə imkan verir.
Qazma məhlullarının texnologiyası laboratoriyasında müxtəlif geoloji mühitlərdə tətbiq olunan qazma mayelərinin resepturaları və onların fiziki-kimyəvi xüsusiyyətləri öyrənilir. Quyunun divarlarının dayanıqlılığı və quyu dibinin qırıntılardan təmizlənməsi proseslərində məhlulun reoloji və filtrasiya göstəricilərinin təsiri tədqiq olunur. Məhlulun parametrlərinin təhlili nəticəsində konkret qazma intervalı üçün optimal tərkibin seçilməsi mümkündür.
Təhlükəsizliyin təmini üçün istifadə olunan müxtəlif avadanlıqlar
Rəhbərlik
İskəndərov Elman Xeyrulla oğlu
Dekan, texnika elmləri doktoru, professor
Professor Elman İskəndərovun elmi fəaliyyəti neftin, qazın yığılması, nəqli və saxlanması, eləcə də, boru kəmərlərinin tikilməsi və istismarı sahələri ilə bağlıdır. Onun tədqiqat dairəsinə multifazalı qaz-maye qarışıqlarının hərəkəti zamanı baş verən faza çevrilmələri, axınların struktur və reoloji parametrlərinin dəyişmələrinin tədqiqi, habelə, qaz kəmərlərində hidrat əmələgəlmə, borudaxili eroziya-korroziya və digər mürəkkəbləşmələrin aradan qaldırılması və s. daxildir. Onun multifazalı qarışıqların nəqli və saxlanması proseslərinin tənzimlənməsi istiqamətində işlədiyi bir sıra nəzarət-diaqnostika üsulları müvafiq sənaye sahələrində tətbiq olunmuşdur.
Elman İskəndərov 3 monoqrafiya, 12 dərslik və dərs vəsaiti, 1 metodik rəhbərlik, 200-dən artıq elmi məqalə və konfrans materiallarının müəllifidir, 30-dan artıq elmi əsəri beynəlxalq xülasələndirmə (SCOPUS, WOS və s.) bazalarına daxil olan jurnallarda dərc olunmuşdur, SCOPUS bazasında h-indeksi 8-dir.
Elman İskəndərov bir sıra qrant layihələrinin icraçısı və rəhbəri olmuş, onun rəhbərliyi ilə çoxsaylı magistrant və doktorantlar hazırlanmışdır.
Əməkdaşlar
| Sıra | Ad, soyad | Vəzifə | |
| 1 | Elman İskəndərov Xeyrulla | dekan | elman.iskandarov@asoiu.edu.az |
| 2 | Zivər Fərzəlizadə İsa | dekan müavini | ferzelizade.ziver@asoiu.edu.az |
| 3 | Hicran Babayeva Oruc | dekan müavini | babayeva.hicran@asoiu.edu.az |
| 4 | Aysel Abbasova İsmayıl | tyutor | aysel.abbasova.i@asoiu.edu.az |
| 5 | Məhərrəm Hərbizadə Ehtiram | tyutor | harbizada.maharram@asoiu.edu.az |
| 6 | İradə Məmmədova Elşən | tyutor | irada.mammadova.el@asoiu.edu.az |
| 7 | Məhəbbət Ağasənli Mehman | tyutor | mahabbat.hasanova@asoiu.edu.az |
| 8 | Şəfiqə Məmmədova Aydın | tyutor | shafiga.mammadova.a@asoiu.edu.az |
| 9 | Arzu Adıgözəlova Moldar | kompüter operatoru | arzu.adigozalova.m@asoiu.edu.az |
Əlaqə