×

ADNSU Kitabxana İnformasiya Mərkəzi

ADNSU Kitabxana İnformasiya Mərkəzi “Açıq əlyetərlilik həftəsi”nin” (Open Access Week) elmi resurslarını oxuculara təqdim edir.


20-26 oktyabr 2025-ci il tarixlərində beynəlxalq səviyyədə, o cümlədən Azərbaycanda da qeyd olunan “Açıq Əlyetərlik həftəsi” (Open Access Week) bu il “Biliklərimiz kimə məxsusdur” mövzusu ətrafında keçirilir. Bu həftə çərcivəsində alimlər, tədqiqatçılar, kitabxanalar və universitetlər elmi biliklərin, tədqiqatların və təhsil resurslarının açıq paylaşımı, rəqəmsal məlumat bazalarına ödənişsiz, sərbəst, maneəsiz çıxış əldə edəcəklər.


Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzi bu təşəbbüsə qoşulub, universitetin professor müəllim heyətinin və kitabxana oxucularının Açıq Əlyetərlik həftəsində (Open Access Week) elmi və akademik məlumatlardan istifadə etmələrinə dəstək olur. Açıq Əlyetərlik həftəsində (Open Access Week) tədqiqatçılar elmi bazalardan açıq istıfadə etməklə yanaşı, həm də öz məqalələrini verilmiş bazalarda yerləşdirə bilmək imkanı qazanacaqlar.


Verilmiş linklər vasitəsilə Açıq Əlyetərlik həftəsinə (Open Access Week) daxil olan elmi bazalardan yararlana bələrsiniz.

DOAB

DOAB (Directory of Open Access Books) — açıq girişli elmi kitabların beynəlxalq kataloqudur. Bu platformada dünyanın müxtəlif universitetləri və nəşriyyatları tərəfindən nəşr edilmiş akademik kitablar sərbəst şəkildə təqdim olunur. İstifadəçilər burada müxtəlif sahələr üzrə keyfiyyətli elmi mənbələrə ödənişsiz şəkildə daxil ola bilirlər. DOAB-ın əsas məqsədi elmi biliklərin hamı üçün açıq və əlçatan olmasını təmin etməkdir.

https://www.doabooks.org/en

DOAJ

Bu platforma pulsuz şəkildə tam mətnli, elmi və keyfiyyətə nəzarət olunan jurnalları bir araya gətirir. DOAJ bütün elmi sahələri və dilləri əhatə etməyi qarşısına məqsəd qoyub. Hazırda kataloqda 4818 jurnal yer alır. Bununla yanaşı, məqalə səviyyəsində 1927 jurnal təqdim olunur. Ümumilikdə isə, bu günə qədər DOAJ bazasında 367 890 elmi məqalə mövcuddur.

https://doaj.org

Springer Open Journals

SpringerOpen ilə nəşriyyat müəlliflərə oxucu auditoriyasını genişləndirməyə, açıq giriş mandatlarına əməl etməyə, müəllif hüquqlarını qorumağa və Springer-in etibarlı brendindən faydalanmağa imkan verir.

https://www.springeropen.com

EBSCO Open Dissertations

EBSCO-nun “Open Dissertations” kolleksiyası dünya üzrə istifadəçilərə elektron tezis və dissertasiyalara (ETD) açıq çıxış imkanı yaradır. Tamamilə pulsuz olan bu platforma universitetlər və tədqiqatçılar üçün faydalı resurs kimi nəzərdə tutulub, elmi işlərin daha geniş auditoriyaya çatmasına və onların görünürlüğünün artmasına kömək edir. 2014-cü ildən fəaliyyət göstərən bu baza müxtəlif elm sahələrinə aid yüzlərlə dissertasiya və tezisi özündə cəmləşdirir və tədqiqatçılar üçün dəyərli məlumat mənbəyi rolunu oynayır.

https://opendissertations.org

OAPEN

OAPEN (Avropa Şəbəkələrində Açıq Əlyetərlilik Nəşriyyatı) — Humanitar və Sosial Elmlər sahəsində açıq girişli akademik kitabların nəşrini təşviq edən və bu modeli davamlı şəkildə inkişaf etdirməyə yönəlmiş birgə təşəbbüsdür. OAPEN Kitabxanası Avropanın müxtəlif ölkələrindən toplanmış elmi nəşrləri bir araya gətirərək, onların əlçatanlığını və elmi tədqiqatların görünürlüğünü artırmağı hədəfləyir.

https://www.oapen.org/home

Taylor & Francis eBooks

“Taylor & Francis eBooks” — elm, texnologiya, mühəndislik və digər sahələr üzrə elektron kitabları birləşdirən akademik platformadır. İstifadəçilər burada mövzu, nəşr ili və fəsil üzrə axtarış apara, APA formatında sitatlar yarada bilirlər. Platformada “Open Access” və “Fully OA Books” bölmələri vasitəsilə iqtisadiyyat, maliyyə, texnologiya, mühəndislik və digər sahələr üzrə təxminən 2000 açıq girişli kitaba pulsuz çıxış mümkündür.

https://www.taylorfrancis.com

arXiv

arXiv — fizika, riyaziyyat, kompüter elmləri, iqtisadiyyat və digər sahələr üzrə iki milyondan çox elmi məqaləni əhatə edən, hər kəs üçün açıq tədqiqat paylaşma platformasıdır. 1991-ci ildə yaradılan bu resurs tədqiqatçılara ödənişsiz şəkildə məqalə təqdim etmək, paylaşmaq və elmi məlumatlara sərbəst çıxış əldə etmək imkanı yaradır.

https://arxiv.org