Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktoranturasına qəbul olmaq üçün sənəd təqdim etmiş və fəlsəfə fənni imtahanını müvəffəqiyyətlə keçmiş iddiaçıların nəzərinə çatdırılır:
İxtisas fənləri üzrə imtahanlar 10–11 sentyabr 2025-ci il tarixlərində yazılı-şifahi formada keçiriləcəkdir.
İmtahanlar ADNSU-nun əsas tədris korpusunda keçiriləcəkdir (auditoriyalar barədə dəqiq məlumat universitetin rəsmi internet səhifəsində yerləşdiriləcək).
İmtahanın keçirilmə qaydaları:
- İmtahan müddəti: 150 dəqiqə.
- İddiaçılar imtahana təyin olunmuş vaxtdan ən azı 30 (otuz) dəqiqə əvvəl gəlməlidirlər.
- İmtahana şəxsiyyət vəsiqəsini gətirməyi unutmayın.
- İmtahan zalına mobil telefon, planşet, ağıllı saat, qulaqcıq və digər elektron qurğular, həmçinin kitab, konspekt və digər köməkçi ləvazimatların gətirilməsi və istifadəsi qəti qadağandır.
- Qadağan olunmuş vasitələrdən istifadə aşkar edildiyi halda iddiaçı imtahandan uzaqlaşdırılacaq və nəticəsi qeyri-kafi hesab olunacaqdır.
- İmtahan zamanı iddiaçılara yalnız bir dəfə bilet çəkməyə icazə verilir.
- Suallara hazırlaşmaq üçün xüsusi imtahan vərəqi təqdim olunacaq və qeydlər yalnız mavi rəngli kürəcikli qələmlə aparılmalıdır.
- İmtahana yalnız plastik qabda su gətirməyə icazə verilir.
10 sentyabr 2025 – saat 10:00
- 1203.01 – Kompüter elmləri
- 2220.01 – Yarımkeçiricilər fizikası
- 2304.01 – Makromolekullar kimyası
- 2307.01 – Fiziki kimya
- 2426.01 – Ekologiya (elm sahələri üzrə)
- 2506.01 – Geologiya
- 2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
- 2513.01 – Dağ-mədən işi, geotexnologiyalar
- 2518.01 – Hidrogeologiya
- 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı
- 2523.01 – Quyuların qazılması texnologiyası
- 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi
- 3314.01 – Tibbi texnologiya
- 3341.01 – Elektrik stansiyaları (elektrik hissəsi) və elektroenergetik sistemlər
- 5312.01 – Sahə iqtisadiyyatı
11 sentyabr 2025 – saat 10:00
- 2525.01 – Neft və qaz yataqlarının işlənməsi və istismarı
- 3303.01 – Kimya texnologiyası və mühəndisliyi
- 3312.01 – Materiallar texnologiyası
- 3313.02 – Maşınlar, avadanlıqlar və proseslər
- 3337.01 – İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)
- 3340.01 – Elektrotexniki sistemlər və komplekslər
- 3354.01 – Neft-qaz kəmərlərinin, bazalarının və anbarlarının tikilməsi və istismarı
- 3358.01 – Fövqəladə hallarda təhlükəsizlik (sahələr üzrə)
- 5304.01 – İqtisadi fəaliyyət növləri
- 5308.01 – Ümumi iqtisadiyyat
- 5311.01 – Müəssisələrin təşkili və idarə olunması
- 3331.01 – Robotlar, mexatronika və robot texnikası sistemləri
- 2318.01 – Kompozit materialların kimyası və texnologiyası
11 sentyabr 2025 – saat 13:00
- 3311.02 – Təbii mühitə, maddələrə, materiallara və məmulatlara nəzarət cihazları və üsulları
Bütün iddiaçılara qarşıdakı imtahanlarda uğurlar arzulayırıq!