×

2026–2027-ci tədris ili üzrə professor-müəllim vakansiyaları




Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elm və təhsildə yüksək ixtisaslı və peşəkar kadrların tədris və elmi fəaliyyətə cəlb olunması məqsədilə 2026–2027-ci tədris ili üçün kafedralar üzrə vakant tam ştat, yarım ştat və saathesabı qaydada məşğulluq forması ilə professor-müəllim vəzifələrinə müddətli əmək müqaviləsi əsasında müsabiqə elan edir.

Universitetin fakültə və kafedralarında mövcud olan vakant professor-müəllim vəzifələri üzrə aşağıdakı cədvələ uyğun olaraq ümumilikdə 267,5 ştat vahidi üçün işə qəbul aparılacaqdır.



Tələblər:


  • Müvafiq ixtisas üzrə minimum magistr təhsilinə malik olmaq (uyğun elmi ad və elmi dərəcənin olması üstünlükdür);
  • Minimum 1 il pedaqoji iş təcrübəsinə və ya minimum 2 il müvafiq sənaye/istehsalat təcrübəsinə malik olmaq;
  • Müasir tədris metodlarından, rəqəmsal təhsil platformalarından və tədris texnologiyalarından istifadə bacarığına malik olmaq;
  • Tədrisin aparılacağı fənnlərə uyğun olaraq Azərbaycan, rus və ingilis dilini akademik səviyyədə bilmək;
  • Fənn proqramı (sillabus), tədris materialları və qiymətləndirmə vasitələrinin hazırlanması bacarığına malik olmaq;
  • Tələbələrlə effektiv ünsiyyət, təqdimat və auditoriyanın idarə edilməsi bacarıqlarına malik olmaq;
  • Akademik etik davranış qaydalarına və universitetin korporativ dəyərlərinə sadiq olmaq.


Müraciət qaydası:

Tələbləri ödəyən bütün namizədlər müraciət edə bilərlər.

Maraqlanan şəxslər 28.06.2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə elektron qeydiyyatdan keçərək tələb olunan bütün məlumatları tam şəkildə doldurmaqla müraciət edə bilərlər.



Qeyd: Müsabiqə zamanı elmi dərəcəyə və ya elmi ada malik olan, elmi-tədqiqat fəaliyyəti ilə seçilən, beynəlxalq elmi bazalarda indekslənən nəşrlərin müəllifi olan, habelə müvafiq sahə üzrə peşəkar və istehsalat təcrübəsinə malik namizədlərin göstəriciləri əlavə üstünlük kimi nəzərə alınacaqdır.



№ Fakültə Kafedra Professor Dosent Baş müəllim Müəllim Kafedra cəmi Fakültə cəmi
1 Biznes və İdarəetmə fakültəsi İqtisadiyyat 2 4 7 13 38.5
2 Biznes analitikası 5 1 6
3 Humanitar fənlər 4.5 8 7 19.5
4 Energetika fakültəsi Elektroenergetika və enerji istehsalı texnologiyaları 3 8 11 25
5 Elektromexanika 3.5 3 5.5 12
6 Fizika 2 2
7 Sənaye mühəndisliyi fakültəsi Mexanika 2 7 3 7 19 60
8 Elektronika və avtomatika 2 8 6 4 20
9 Cihaz mühəndisliyi 1 7 3 10 21
10 Rəqəmsal texnologiyalar fakültəsi Riyaziyyat 3.5 8 2.5 4 18 54
11 Kompüter elmləri və mühəndisliyi 8 4.5 11 23.5
12 İnformasiya texnologiyaları 2 5 5.5 12.5
13 Yer elmləri və neft mühəndisliyi fakültəsi Neft-qaz mühəndisliyi 4 1 5 10 16.5
14 Yer elmləri 2.5 4 6.5
15 Kimya texnologiyaları fakültəsi Biotexnologiya və Qida mühəndisliyi 1 6 2 9 53.5
16 Proseslərin təhlükəsizliyi mühəndisliyi 0.5 11.5 3.5 13 28.5
17 Neft kimya mühəndisliyi 0.5 9 3 12.5
18 Kimya 1 0.5 2 3.5
19 Xarici dillər mərkəzi 20 20
Cəmi 12.5 90.5 45.5 119 247.5 267.5