Tədris məsələləri üzrə prorektor
🔹Universitetdə tədris və təlim prosesinin strateji planlaşdırılması, keyfiyyətli təşkili, idarə olunması və davamlı inkişafına rəhbərlik edir.
🔹Tədrislə əlaqəli strukturların fəaliyyətini əlaqələndirir, qarşılıqlı funksional inteqrasiyanı və hesabatlılığı təmin edir.
🔹Tədris sahəsində çalışan akademik və inzibati heyətin fəaliyyət göstəricilərinin təhlilinə, onların peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsinə və müvafiq təlimlərin təşkilinə, təşviq və stimullaşdırma mexanizmlərinin tətbiqinə rəhbərlik edir.
🔹Ali təhsil müəssisələri üçün universitet şəhərciklərinin (kampusların) və müvafiq texnoparkların yaradılması üçün tədbirlər görür. Beynəlxalq elmi əlaqələri genişləndirir, elmin informasiya təminatını gücləndirir.
🔹Rektor olmadığı hallarda onu səlahiyyətləri çərçivəsində əvəz edir, ali rəhbərlik səviyyəsində idarəetmənin fasiləsizliyini təmin edir və struktur bölmələrin fəaliyyətinə nəzarəti davam etdirir.