×

Süni İntellekt İnstitutunda Sənaye Əlaqələri üzrə Layihə Rəhbəri




Kvalİfİkasİya tələblərİ

  • Ali təhsil — minimum magistr dərəcəsi;
  • QS World University Rankings ümumi siyahısı üzrə Top 300 universitetin məzunlarına üstünlük verilir;
  • Layihə idarəetməsi, biznesin idarə edilməsi, innovasiya menecmenti və ya texniki istiqamətlər üzrə təhsil və/və ya əlavə ixtisasartırma üstünlük hesab olunur;
  • Layihə idarəetməsi, sənaye əməkdaşlığı, biznesin inkişafı və ya korporativ tərəfdaşlıqların qurulması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Texnologiya, İT və ya sənaye sektorunda layihə təcrübəsi üstünlük hesab olunur;
  • PMP, PRINCE2, IPMA və ya ekvivalent layihə idarəetməsi sertifikatının olması üstünlükdür;
  • İngilis dili üzrə minimum B2–C1 səviyyəsində bilik;
  • Universitet, tədqiqat mərkəzi və ya sənaye–akademiya əməkdaşlığı layihələrində iş təcrübəsi üstünlük hesab olunur;


Kompetensİya tələblərİ


Layihə və tərəfdaşlıq kompetensiyaları:

  • Eyni vaxtda bir neçə layihəni planlaşdırmaq, prioritetləşdirmək və icrasına nəzarət etmək bacarığı;
  • Layihələrin icra vəziyyətini izləmək və müvafiq hesabatlılığı təmin etmək bacarığı;
  • Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və idarə etmək bacarığı;
  • Müqavilə öhdəliklərini izləmək və idarə etmək bacarığı;
  • Korporativ tərəfdaşlarla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirmək bacarığı;
  • Akademik və sənaye tərəfləri arasında effektiv koordinasiyanı təmin etmək bacarığı;

Kommunikasiya kompetensiyaları:

  • Yüksək səviyyədə şifahi və yazılı kommunikasiya bacarığı;
  • İşgüzar danışıqlar aparmaq bacarığı;
  • Təqdimat hazırlamaq və təqdim etmək bacarığı;
  • Rəsmi və işgüzar yazışmalar aparmaq bacarığı;
  • Beynəlxalq tərəfdaşlarla ingilis dilində peşəkar yazılı və şifahi kommunikasiya aparmaq bacarığı;

Texniki və funksional kompetensiyalar:

  • MS Project, Jira, Asana, Trello və ya ekvivalent layihə idarəetmə alətləri ilə işləmək bacarığı;
  • MS Word, Excel və PowerPoint proqramlarında yüksək səviyyədə sənəd, hesabat və təqdimat hazırlamaq bacarığı;
  • Süni intellekt, maşın öyrənməsi və rəqəmsal transformasiya sahələri üzrə ümumi texniki savadlılıq;
  • Texniki mütəxəssislər və sənaye tərəfdaşları ilə peşəkar ünsiyyət üçün kifayət edən texniki anlayış;

Əmək haqqı: 2500AZN


Son müraciət tarixi: 24.09.2026


Əgər bu vakansiya ilə maraqlanırsınızsa, aşağıdakı linkə keçid edin:

👉Müraciət formu



QEYD: Əmək haqqı namizədin bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə mərhələsinin nəticələrinə əsasən müəyyən edilir.