×

Tədqiqatçı müəllim




Əmək haqqı: Elmi dərəcə və elmi ada görə mövcud olan əmək haqqının 3 misli; (3600-6120)


Xarici müəllimlərə ildə 1 dəfə yol xərcləri ödənilir.


Tələb olunan müvafiq sahələr: Riyaziyyat-Fizika elmləri, Mühəndislik sahələri, Texnika elmləri, İnformasiya texnologiyaları, Yer elmləri.


Vəzifənin tutulması şərtləri:


1. Təhsil: Doktorantura təhsili (qəbul olunduğu ildə THE/QS reytinqlərində ilk 300-lüyündə yer alan universitetlərdən birindən məzun)


2. İş təcrübəsi: 2 il (xarici ölkədə tədqiqat təcrübəsi)


3. Sertifikatlar və sənədlər: Beynəlxalq xarici dil sertifikatları.


4. Vacib kvalifikasiyalar:

  • Son 5 ildə ixtisasa uyğun Q1-Q3 jurnallarında birinci və ya ikinci müəllif olmaqla 10 məqaləyə sahib olmaq;
  • Son 5 ildə ixtisasa uyğun Q1 jurnallarında ən azı 2 məqaləyə sahib olmaq;
  • Son 5 ildə özünə istinad xaric Scopus və ya WoS profil H indeksi 10 olmaq;
  • Son 5 ildə ən az 3 ölkənin tədqiqatçıları ilə birgə məqalə dərc etmək;
  • Son 5 ildə ən az 1 beynəlxalq tədqiqat qrantında (məsələn, Horizon Eurpoe, NSF, ERC) iştirakçı olmaqdır.

5. Gözlənilən fəaliyyət:

  • Hər il Scopus indeksli Q1 jurnallar üçün minimum bir məqalə hazırlamaq;
  • Hər il Scopus indeksli Q1-Q3 jurnallarda minimum 3 məqalə hazırlamaq;
  • 2 il ərzində ADNSU-da ixtisas (tədqiqat sahəsinə) uyğun elmi-tədqiqat laboratoriyası və tədqiqat qrupu formalaşmasında iştirak etmək;
  • 2 il ərzində 4 ADNSU magistrantına elmi rəhbərlik edərək müdafiələrini təmin etmək;
  • İştirakçı və ya rəhbər rolunda 3 il ərzində minimum 100000 (yüz min) AZN məbləğində qrant qazanmaq;
  • 4 il ərzində 2 ADNSU doktorantına elmi rəhbərlik edərək müdafiələrini təmin etməkdir.

Hər il aparılacaq elmi-tədqiqatların %50-nı ADNSU professor-müəllimləri ilə birgə təşkil etmək üstünlük sayılacaqdır.



Müraciət edən namizədlərdən aşağıdakı sənədlər tələb olunur:

  • Akademik CV - (yüklə)
  • Diplomların notariat qaydasında təsdiq olunmuş surəti.



CV-lərinizi mövzu hissəsinə müraciət etdiyiniz vakansiyanın adını (sahənin adını) qeyd etməklə hr.academic@asoiu.edu.az ünvanına göndərməyiniz tələb olunur.



QEYD: Bildiririk ki, yalnız müvafiq tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.