×

Konfrans


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş magistrantların və gənc tədqiqatçıların "Elmi innovasiyalar və dayanıqlı texnologiyalar" multidisiplinar konfransı

Hörmətli həmkarlar,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistrantların və gənc tədqiqatçıların "Elmi innovasiyalar və dayanıqlı texnologiyalar" mövzulu multidisiplinar respublika elmi konfransı keçiriləcək. Konfransın əsas məqsədi magistrantların və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunmasını təşviq etmək, onların apardıqları tədqiqatların müzakirəsi və elmi nəticələrin təqdim edilməsi üçün əlverişli platforma yaratmaqdır.

Konfrans çərçivəsində müasir qlobal çağırışlar fonunda milli inkişaf prioritetlərinə uyğun elmi yanaşmaların formalaşdırılması, innovativ ideyaların irəli sürülməsi və elmi-tədqiqat nəticələrinin praktiki əhəmiyyətinin artırılması nəzərdə tutulur. Eyni zamanda, tədbir gənc tədqiqatçıların elmi potensialının inkişafına, onların akademik mühitə inteqrasiyasına, elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və gələcək elmi kadrların formalaşmasına xidmət edir.

Qeydiyyatdan keç


Tezislərin quruluşu və tərtibi qaydaları




Elmi İstiqamətlər

  • Geologiya və Yer elmləri
  • Neft-qaz mühəndisliyi və mədən işi
  • Kimya və kimya texnologiyaları
  • Mexanika və maşınqayırma mühəndisliyi
  • Energetika və elektrik mühəndisliyi
  • İnformasiya texnologiyaları və avtomatlaşdırma
  • İqtisadiyyat və menecment

Tərtib Qaydaları

Format tələbləri:

  • Kağız formatı: A4
  • Həcm: 3–5 səhifə (əlavələr, şəkillər və cədvəllər daxil)
  • Şrift: Times New Roman, ölçü 12
  • Sətirlərarası interval: 1,0
  • Abzas girintisi: 0,5 sm
  • Səhifə kənarları: hər tərəfdən 20 mm

Müəllif məlumatları:

Müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, e-mail və əlaqə nömrəsi səhifənin mərkəzində göstərilməlidir. Məruzənin və tezisin adı isə mərkəzdə, qalın və iri şriftlə yazılmalıdır.


Xülasə (Abstract):

  • Dili: İngilis
  • Həcm: 150–200 söz
  • Məzmun: Tədqiqatın mahiyyəti və əsas nəticələri

Açar sözlər:

  • 3–5 söz

Məqalənin strukturu:

1. Giriş

2. Əsas mətn (başlıqlara bölünmüş)

3. Nəticə

4. Ədəbiyyat siyahısı


İstinadlar:

  • Ədəbiyyat siyahısı ya əlifba sırası ilə, ya da mətndə keçid ardıcıllığı ilə nömrələnməlidir
  • İstinad formatı: [1] və ya [1, s. 119]
  • Eyni mənbəyə təkrar istinadda əvvəlki nömrə saxlanılmalıdır
  • Son 5–10 ilin nəşrlərinə üstünlük verilməlidir

Plagiat tələbi:

  • Tezislər mütləq plagiat yoxlanışından keçirilməlidir
  • Minimum orijinallıq səviyyəsi: 75%

Qəbul şərtləri:

Konfransın mövzusuna və tələblərinə cavab verməyən məruzə və tezislər qəbul edilməyəcək.


Mühüm Tarixlər

Hadisə Tarix
Məruzə və tezislərin göndərilməsinin son tarixi 30 Aprel 2026
Tezisin qəbulu barədə bildiriş 30 Aprel 2026
Konfransın keçirilmə tarixi 13 May 2026


Məkan

Ünvan: Bakı şəh., Azadlıq prospekti 34, ADNSU

Əlaqə Məlumatları

E-poçt youngresearcher@asoiu.edu.az
Telefon +994 50 982 49 31