Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin“İqtisadiyyat və menecment” fakültəsi 1920-ci ildə yaradılmışdır. Fakültədə “Sənayenin iqtisadiyyatı”, “Menecment” və “Xarici dillər” kafedraları fəaliyyət göstərir.
Sənayenin iqtisadiyyatı kafedrasında
İqtisadiyyat,
Biznesin idarə olunması,
Beynəlxalq ticarət və loqistika
ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır
Menecment kafedrasında
Marketinq
Menecment
ixtisasları üzrə mütəxəssis hazırlıgı aparılır illər kafedraları fəaliyyət göstərir.
Strukturun qısa təsviri: “İqtisadiyyat və menecment fakültəsi” iqtisadiyyat, idarəetmə və biznes sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçirən aparıcı struktur bölmələrindən biridir. Fakültədə tədris müasir təhsil standartları və innovativ metodlar əsasında təşkil olunur. Tələbələrə nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir. Fakültə ölkənin iqtisadi və idarəetmə sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verir.
Əsas fəaliyyət istiqamətləri
İqtisadiyyat və iqtisadi təhlil
Menecment və biznesin idarə edilməsi
Marketinq və sahibkarlıq fəaliyyəti
Maliyyə və mühasibat uçotu
İnnovativ iqtisadi inkişaf və strateji idarəetmə
Əsas vəzifələri:
İqtisadiyyat, menecment və biznesin idarə olunması sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanması.
Tədris prosesinin müasir tələblərə uyğun təşkil edilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi.
İqtisadiyyat və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin aparılması və elmi nəticələrin tətbiqinin təşviq edilməsi.
Professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin inkişaf etdirilməsi.
Tələbələrin elmi, peşəkar və şəxsi inkişafına şərait yaradılması.
Tələbələrin məşğulluq imkanlarının artırılması və karyera inkişafına dəstək verilməsi.
Rəhbərlik
Rüstəmov İlham
Dekan, i.ü.f.d., dosent
İlham Samil Rüstəmov 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Texniki Universitetinin Mühəndis Biznesi və Menecment ffakültəsində almışdır. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsində çalışır. Müxtəlif illərdə akademik və inzibati vəzifələrdə fəaliyyət göstərmiş, tədris və idarəetmə sahəsində təcrübə qazanmışdır.
Sənaye sahələrində innovasiya fəaliyyətinin araşdırılması istiqamətində tədqiqat aparır. 50-dən çox elmi məqalənin və bir neçə dərs vəsaitinin müəllifidir. Beynəlxalq layihələr çərçivəsində Horizon 2020 proqramında “Campaigner” kimi iştirak etmişdir. Erasmus+ proqramı çərçivəsində Alcalá Universiteti (İspaniya) ilə beynəlxalq akademik mübadilə proqramı çərçivəsində iştirak edərək tədris və elmi təcrübə mübadiləsi aparmışdır.
Əlaqə
Telefon : 5350
E-mail: i.rustamov@asoiu.edu.az
Əməkdaşlar
| Sıra | Ad, soyad | Vəzifə | Telefon | |
| 1 | Məmmədova Zülfiyə | Tədris işləri üzrə dekan müavini | zulfiye.mammadova@asoiu.edu.az | 055-705-03-40 |
| 2 | Yusifova Nərgiz | Tyutor | nargiz.yusifova@asoiu.edu.az | 050-594-22-39 |
| 3 | Hacıyeva Nurana | Tyutor | nurana.haciyeva@asoiu.edu.az | 010-312-12-97 |
| 4 | Orucova Nigar | Komuter-operatoru | nigar.orucova@asoiu.edu.az | 050-461-78-11 |
Strukturun əsas xidmətləri və fəaliyyətləri
İqtisadiyyat, menecment və biznes sahələri üzrə bakalavr səviyyələrində təhsil xidmətlərinin göstərilməsi.
Müasir tədris proqramlarının hazırlanması və həyata keçirilməsi.
Tələbələr üçün akademik məsləhət və tədris dəstəyi xidmətlərinin təşkili.
Elmi seminarlar, konfranslar və təlimlərin təşkili.
Tələbələrin istehsalat təcrübəsinin təşkil edilməsi.
Karyera inkişafı və məşğulluq imkanlarının dəstəklənməsi.
Əlaqə
Ünvan: AZ1010, Bakı şəhəri, Azadlıq prospekti 34
Otaq nömrəsi: 411, 412, 413, 427
Telefon: 598-43-08
E-mail: adnsueconomy@gmail.com
İş saatları: 8.00- 17.30
Məlumata cavabdeh şəxs (koordinator)
Məmmədova Zülfiyə Həsən
tədris işləri üzrə dekan müavini
Telefon: 5430
E-mail: zulfiye.mammadova@asoiu.edu.az