Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ doktorant hazırlığı üzrə doktoranturaya qəbul elan edir. Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olaraq “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməli və təlimatlara uyğun şəkildə 13 may 2025-ci il tarixindən 3 iyun 2025-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Portal.edu.az saytında qeydiyyatdan keçmiş və ali təhsil müəssisəsinin müvafiq şöbəsi tərəfindən sənədləri təsdiqlənmiş şəxslər “Xarici dil” imtahanına buraxılacaqlar.
“Xarici dil” imtahanının 22 iyun 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) keçirilməsi nəzərdə tutulur. Bu imtahanı müvəffəqiyyətlə verən şəxslər üçün “Fəlsəfə” fənni üzrə imtahan 2–4 sentyabr 2025-ci il, ixtisas imtahanı isə 9–11 sentyabr 2025-ci il tarixlərində keçirilməsi planlaşdırılır.
Portal.edu.az saytına daxil olmazdan əvvəl aşağıda yerləşdirilmiş və təsdiq olunmuş qəbul planları ilə tanış olmağınız tövsiyə olunur:
Qəbul qaydaları barədə ətraflı məlumat almaq istəyən şəxslər ADNSU PHŞ-nın “Doktorantura” şöbəsinə müraciət edə bilərlər:
Ünvan: Azadlıq prospekti, 34, 2-ci mərtəbə, otaq 248
Telefon: (012) 493-46-24