2018-ci ildən etibarən kafedranın dosenti Rəhimova Nazilə Əli qızı “Kompüter mühəndisliyi” kafedrasına müdir seçilmiş və bu günə qədər rəhbərlik edir. Kafedrada 1 professor, 39 dosent, 45 müəllim, 10 laborant fəaliyyət göstərir.
Kafedra aşağıda adı qeyd edilmiş ixtisaslar üzrə azərbaycan, rus və ingilis dillərində bakalavr hazırlığı aparır:
1. Kompüter mühəndisliyi
“Kompüter mühəndisliyi” ixtisası əsas olaraq proqram təminatı, avtomatlaşdırılmış sistemlərin və kompüter şəbəkələrinin layihələndirilməsi, planlaşdırılması, qurulması, testləşdirilməsi və idarə olunması üzrə mütəxəssis hazırlığını nəzərdə tutur. Kompüter mühəndisliyi elektron mühitdə informasiyanın yadda saxlanmasını, bu informasiyanın alqoritmik üsullarla işlənməsini və işlənən informasiyanı istifadəçiyə çatdırmağı təmin edən bütün texniki ... ətraflı