×

Xəbərlər

Xəbərlər 04 Nov 2026
ADNSU tələbələri beynəlxalq onlayn olimpiadada iştirak ediblər

2026-cı il oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin tələbələri Kazan Dövlət Energetika Universitetinin (KGEU) təşkil etdiyi beynəlxalq onlayn olimpiadada üç komanda ilə təmsil olunublar.

Olimpiada Bakı vaxtı ilə saat 11:00-da təşkilatçıların açılış nitqi ilə başlayıb. ADNSU komandaları yarışa universitetin auditoriyasından onlayn qoşulublar.

İştirakçılara dörd tapşırığın həlli üçün iki saat vaxt ayrılıb. Tapşırıqlar «Elektrotexnikanın nəzəri əsasları» fənni üzrə sabit cərəyan elektrik dövrəsinin parametrlərinin hesablanmasına dair iki məsələni, «Fizika» fənninin «Elektrik» bölməsi və «Ali riyaziyyat» fənni üzrə isə hər birindən bir məsələni əhatə edib.

Olimpiada tələbələrə nəzəri biliklərini tətbiq etmək, problem həll etmə bacarıqlarını sınamaq və beynəlxalq akademik yarış təcrübəsi qazanmaq imkanı yaradıb.

Yarışın nəticələri təşkilatçılar tərəfindən elan edildikdən sonra ictimaiyyətə təqdim olunacaq.

 


Paylaş