Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları arasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku 2026” futbol turniri keçirilib.
2–4 noyabr tarixlərində AZFAR Xətai futbol meydançasında təşkil olunan turnirdə universitetin müxtəlif fakültə və struktur bölmələrini təmsil edən 7 komanda iştirak edib.
ADNSU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda Rəqəmsal texnologiyalar fakültəsinin “Səkkizlik”, Energetika fakültəsinin “İldırım”, Yer elmləri və Neft mühəndisliyi fakültəsinin “GeoPetro FC”, Sənaye mühəndisliyi fakültəsinin “İmpuls FC” komandaları, eləcə də universitetin struktur bölməsini təmsil edən “Dream Team”, İdman Kompleksi və TTO şöbəsinin komandası və Rektoratlıq komandası mübarizə aparıb.
Üç gün davam edən turnirin əsas məqsədi universitet əməkdaşları arasında komanda ruhunu və həmrəyliyi gücləndirmək, sağlam rəqabəti təşviq etmək, həmçinin idman mədəniyyətinin inkişafına töhfə vermək olub.