Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Zəfər günü münasibətlə Vətən müharibəsi iştirakçısı olan əməkdaşlarla görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru,dosent Rüfət Əzizov, rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri Tahir Məmmədli və universitetin müharibə veteranı olan 20 nəfər əməkdaş iştirak edib.
Görüş zamanı müharibə veteranları ilə səmimi söhbət aparılıb, onların xidmətləri və Vətən qarşısındakı fədakarlıqları yüksək qiymətləndirilib. Universitet rəhbərliyi veteran əməkdaşlara göstərdikləri xidmətə görə təşəkkürünü bildirib, onların təcrübəsinin və həyat yolunun gənc nəsil üçün mühüm örnək olduğunu vurğulayıb.