Noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Pakistanın Government College University Faisalabad, Islamia University Bahawalpur və University of Okara universitetlərinin nümayəndə heyəti iləgörüş keçirilib.
Görüşdə ADNSU-nu beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nigar Adilova, rektorun müşaviri Ülviyyə Abbasova və Elmi tədqiqatların əlaqələndirilməsi və monitorinqi şöbəsinin müdiri Gülnarə Məmmədova təmsil ediblər.
Pakistan nümayəndə heyətinin tərkibində Government College University Faisalabad-ın Aqrar və Ətraf Mühit Elmləri Kollecinin direktoru Dr. Shafaqat Ali, Islamia University Bahawalpur-un aqronomiya üzrə tədqiqatçısı Dr. Rashid Iqbal, University of Okara-nın materiallar fizikası (nanotexnologiya) üzrə tədqiqatçısı Dr. Muhammad Shahid Khan və tədqiqatçı Dr. Ghulam Murtaza iştirak ediblər.
Görüş zamanı universitetlər arasında tədqiqatçı mübadiləsi, dəvətli professorların iştirakı ilə akademik təcrübənin paylaşılması, ekologiya mühəndisliyi və digər istiqamətlər üzrə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları müzakirə olunub.
Qeyd edək ki, Pakistan nümayəndə heyəti bir gün əvvəl dəADNSU-nun professor-müəllim heyəti və tədqiqatçıları ilə görüşərək mümkün elmi əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb. Qonaqlar, həmçinin “Bitkilərdə ağır metalların yaratdığı stress: zəhərli təsir və dayanıqlı təmizləmə yanaşmaları” mövzusunda elmi seminarda iştirak ediblər.
Səfər çərçivəsində qonaqlar universitetin laboratoriyaları və muzeyləri ilə də tanış olublar.