Kimya-texnologiya fakültəsi kimyaçı, mühəndis kadrlarının hazırlığına Bakı Politexnik İnstitutunun təsis olunduğu 1920-ci ildən başlanılmışdır. İlk illərdə Neft sənayesi fakültəsinin tərkibində şöbə kimi fəaliyyətə başlayan bu qurum 1934-cü ildən sonra Neft-texnologiya, Neft-kimya, Texnologiya, Kimya və 1959-cu ildən Kimya-texnologiya adı altında müstəqil fakültə kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkədə elm və təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ali təhsil müəssisələrində, kadr hazırlığının keyfiyyətinin artırılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət nəticəsində kimya texnologiyası fakültəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və elmi tədqiqatların inkişafı üçün geniş imkanlar ... ətraflı