×

Xəbərlər

Xəbərlər 08 Oct 2019
ADNSU-nun AZİİ e-Kitab Evi bazasını zənginləşdirir

Bakı Amerika Mərkəzindən AZİİ e-Kitab Evinə növbəti dəfə kitablar hədiyyə olunub. ADNSU-nun AZİİ e-Kitab Evi ilə Bakı Amerika Mərkəzinin kitabxanası arasında əlaqələr genişləndirilir. Belə ki, mərkəzin kitabxanası tərəfindən AZİİ e-Kitab Evinin bazasına ingilis dilində 77 adda kitab daxil olub. Kitablar texniki sahələri əhatə etməklə mexanika, fizika, termodinamika, hidravlika, avtomatika, iqtisadiyyat və biznes sahələri ilə bağlı zəngin ədəbiyyatdır. Eyni zamanda mərkəzin kitabxanasında onların bazalarında olan çap məhsullarına, elektron resurslarına və komputer laboratoriyalarına, “J-STOR” və “e library USA” kimi tədqiqat məlumat bazalarında qeydiyyatdan keçməklə ADNSU-nun professor-müəllim və tələbə heyyəti üçün təmənnasız çıxış təklif olunur. 

Bu barədə daha ətraflı məlumat almaq və kitab evinin bazasına daxil olmuş kitablarla tanış olmaq istəyənlər AZİİ e-Kitab Evinə müraciət edə bilər və oxu zalında açılmış kitab sərgisi ilə tanış ola bilərlər.


Paylaş