×

Xəbərlər

Xəbərlər 24 Oct 2026
ADNSU-nun Energetika fakültəsi “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının finalında iştirak edib

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin nümayəndələri Xocavənd rayonunun Hadrut qəsəbəsində“Azərişıq” ASC-nin təşkilatçılığı ilə keçirilən “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının final turunda iştirak ediblər.

Fakültənin dekanı, dosent Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə 5 professor-müəllim heyəti üzvü və 6 tələbə daxil olub. Tələbələr universitetdə “Azərişıq” ASC-nin nümayəndələri tərəfindən keçirilən müsabiqənin nəticələrinəəsasən yarışın innovasiya mərhələsində iştirak etmək üçün seçiliblər.

Yarış energetiklərin peşə bilik və praktiki bacarıqlarının, eləcədə paylayıcı elektrik şəbəkələrinin rəqəmsallaşdırılmasına yönəlmiş innovativ layihələrin nümayişinə həsr olunub.

ADNSU nümayəndələrinin yarışda iştirakı tələbələrin müasir sənaye yanaşmaları ilə tanışlığı, praktiki bilik və bacarıqlarının inkişafı, həmçinin universitetlə sənaye müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

 


Paylaş