×

Xəbərlər

Xəbərlər 18 Oct 2019
ADNSU-da “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr” mövzusunda təlim keçirilib

Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyyələr” və “Saxta jurnallarla münarizə” mövzularında təlim keçirilib.

ADNSU-nun Elm və texnika üzrə prorektoru, professor Rauf Əliyarovun, Azİİ e-kitab evinin direktoru Səlahət Mahmudova və digər qonaqların iştirakı ilə keçirilən təlimdə Clarivate Analytics şirkətinin  elmi-informasiya resursları üzrə eksperti İneş Kenjina “Web of science” platformasına daxil olmaq üçün məqalələrlə bağlı tələbələrə elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları, saxta jurnallarla bağlı problemlər mövzuları üzrə məlumat verib. İ.Kenjina  həmçinin Publons-da Researcher İD profili yaratmaq və elmi məhsuldarlıqla bağlı geniş video təqdimatla çıxış edib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Paylaş