Noyabrın 13-də Clarivate Analytics şirkətinin nümayəndəsi Valeria Kurmakaeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyətinə təlim keçib. Clarivate Analytics şirkətinin elmi informasiya resursları üzrə eksperti olan lingivistika üzrə fəlsəfə doktoru Valeria Kurmakaeva “Beynəlxalq elmi jurnalların axtarıb tapılması və onlarda nəşr olunmağın yolları” haqqında universitetin professor müəllim heyətinə məlumat verib. V.Kurmakaeva həmçinin “Web of Science”platformasında mövcud olan jurnallarda elmi məqalələrin yazılması qaydaları haqqında tədbir iştirakçılarını məlumatlandırıb.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.