Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3 məzunu bələdiyyə üzvü seçilib. ADNSU-nun “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə 2017-ci il SABAH məzunu Mürşüdlü Hüseyn Masallı rayonunun Təklə bələdiyyəsinin, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 2018-ci il SABAH məzunu Sabirli Sabir Neftçala rayonunun Qaçaqkənd bələdiyyəsinin, “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə 2019-ci il SABAH məzunu Hüseynov Kəbləhüseyn Zirə bələdiyyəsinin üzvü seçilib.
Qeyd edək ki, ADNSU-nun SABAH qrupları üzrə koordinatoru Elşən Zeynalov Fatmayi bələdiyyəsinə üzv seçilib.