Fevralın 6-da "AgroHakathon 2020" tədbirinə hazırlıq çərçivəsində ali təhsil müəssisələrində görüşlərə start verilib. İlk belə görüş Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri arasında keçirilib. Görüşdə tədbirin məqsədi, şərtləri müzakirə edilib, onun universitet tələbələri üçün də önəmili olduğu diqqətə çatdırılıb.