×

News

News 04 Mar 2020
ADNSU-da koronavirusla bağlı dezinfeksiya işləri davam edir

Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri davam etdirilib.

Bildiyimiz kimi, dünyanın bir neçə ölkəsində yayılan koronavirus epidemiyasının Azərbaycanda tərədəbiləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair Nazirlər Kabinetində qərar qəbul olunub. Qərarə əsasən, ADNSU-da da tədris prosesi dayandırılıb və iki gündür universitetdə qabaqlayıcı təhlükəsiszlik tədbirləri görülür, dezinfeksiya işləri aparılır. Belə ki, universitetin auditoriyalarında, dərs otaqlarında, foye və konfrans zallarında, giriş və çıxışlarında xüsusi dərmanlama işləri davam etdirilir.

ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərəv mətbuata müsahibəsində universitetin tələbələrinin və əməkdaşlarının sağlamlığının və təhlükəsizliyinin hər zaman diqqətdə saxlanıldığını deyib. Qeyd edib ki, koronavirus epidemiyasına qarşı dezinfeksiya tədbirləri ciddi şəkildə həyata keçirilir. O, eyni zamanda ADNSU-da təhsil alan əcnəbi tələbələrin də sağlamlığlının nəzarət altında olduğunu bildirib.

Bakı Şəhər Dezinfeksiya Mərkəzinin həkim epidemioloqu Zümrüd Əliyeva dezinfeksiya prosesində istifadə olunan məhlulun müasir peraparat olduğunu, iyinin, qoxusunun olmadığını, digər əşyalar və eyni zamanda insanlar üçün təhlükəsiz olduğunu deyib.

ADNSU ilə yanaşı, Azərbaycan-Fransız Universitetində (UFAZ) də koronavirus epidemiyasının yayılmasına qarşı qapaqlayıcı tədbirlər davam etdirilib. UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov virus əleyhinə yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Qeyd edək ki, sərhədyanı ölkələrdə yayılmış koronavirus epidemiyasının Azərbaycanda yayılmasının qarşısınının alınması tədbirləri və bu istiqamətdə görülən işlər virusun yayılma təhlükəsi bitənə qədər ADNSU-da davam etdiriləcək.


Share