×

News

News 12 Mar 2020
ADNSU-nun əməkdaş və tələbələrinin nəzərinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncaməna əsasən, koronovirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmış və bununla bağlı bütün tədbirlər təxirə salınmışdır.

        Qeyd olunanları nəzərə alaraq və təhsil proqramlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin rəhbərlərinə 11.03.2020-ci il tarixli, 03-03-436/15 nömrəli məktub ünvanlanmışdır. Məktuba əsasən bildiririk ki:

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri mart ayının 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcəkdir. Müvafiq olaraq imtahan sessiyasına ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilir və 15 iyun – 13 iyul tarixlərində keçiriləcəkdir.

Sonuncu kurs tələbələrinin nəzəri təlim müdətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin tədris qrafiki dəyişmir, yəni dövlət attestasiyasının keçirilməsi iyun ayının sonuna qədər aparılacaqdır.

 

REKTORLUQ


Share