×

News

News 29 Mar 2020
ADNSU-da “qaynar” xətt təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində koronavirus epidemiyası ilə bağlı tədris prosesinin aprelin 20-dək dayandırılması, eləcə də martın 29-dan etibarən onlayn təhsilin başlanması ilə əlaqədar tələbələri maraqlandıran sualların cavablandırılmasını, mümkün problem  və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub. ADNSU-nun (070) 493 45 57 telefon nömrəsi saat 08:30-dan 18:00-dək “qaynar xətt” rejimində işləyəcək. 


Share