×

News

News 30 Sep 2020
ADNSU-da I kurs tələbələrinin ənənəvi formatda tədrisi oktyabrın 15-dən başlana bilər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr və magistr təhsil pillələrinə qəbul olmuş I kurs tələbələri 12-15 oktyabr 2020-ci il tarixlərində 3 gün müddətində tanışlıq məqsədilə mərhələli şəkildə universitetə gəlmələri nəzərdə tutulub. ADNSU-nun rektoru, professor Mustafa Babanlı I kurs tələbələri ilə görüşəcək, onlara universitet haqda məlumat və tövsiyələrini verəcək. Bundan əlavə, I kurs tələbələri təhsil alacaqları ixtisaslar haqda müvafir fakültə və kafedralardan onları maraqlandıran suallara cavab ala biləcəklər. 

Qlobal koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitindən və epidemioloji vəziyyətdən asılı olaraq I kurs tələbələrinin oktyabrın 15-dən etibarən ənənəvi qaydada tədrisə başlanması haqda qərar verilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, I kurs tələbələri istisna olmaqla ADNSU-da sentyabrın 15-dən onlayn formatda yeni tədris ilinə start verilib. 


Share