×

Xəbərlər

Xəbərlər 27 Jan 2021
ADNSU-nun dosenti onlayn görüşdə məşhur kimyaçı alim haqqında tələbələrə məlumat verib

Yanvarın 26-da Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Rus Elmi Gününün qeyd olunması çərçivəsində, onlayn formatda görüş keçirilib. Üzvi katalizin qurucularından biri Nikolay Dmitrieviç Zelinskinin anadan olmasının 160 illiyinə həsr olunmuş görüşü Rossotrudniçestvonun Azərbaycan Respublikasındakı nümayəndəliyinin baş mütəxəssisi - Elena Konstantinovna Şişkalova açıb.

Görüşdə "Zamanı qabağlayanlar. Rusiyanın alimləri - Akademik Zelinsky" dokumental filmindən bir hissə göstərilib.

Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qeyri-üzvi Maddələrin Kimyası və Texnologiyası kafedrasının dosenti, texnika elmləri namizədi Hökümə Bəfədərova məktəbliləri və tələbələri görkəmli alimin elmi nailiyyətləri, bioqrafiyası və həyatından maraqlı faktlarla tanış edib.

Tədbirdə həmçinin Bakı, Sumqayıt və Xaçmaz şəhərlərindən 70-ə yaxın məktəbli iştirak edib.

Sonda Azərbaycan Rus Dilli Təhsil Müəssisələri Müəllimləri Birliyinin sədri, təhsil proqramlarının koordinatoru Lyubov Yakuninanın çıxışı ilə onlayn görüş yekunlaşıb.


Paylaş