×

Xəbərlər

Xəbərlər 22 Sep 2021
ADNSU-nun startapı İstanbulda keçirilən “Teknofest”də təmsil olunur

Sentyabrın 21-də  İstanbulun Atatürk Beynəlxalq Hava Limanında “Teknofest” – Aerokosmik və Texnologiya Festivalının açılışı olub.

Texnofet-in açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.

“Teknofest” tədbiri Türkiyə Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Teknofest” tədbirində milli pavilyonumuzda 11 Azərbaycan startapı nümayiş etdirilir. Onlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin startapi olan “HealWith” startap məhsulu bu sırada yer alıb.

Qeyd edək ki, “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı sentyabrın 26-da başa çatacaq.


Paylaş