4-7 Oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının 4 nəfər tələbəsi Bakı Dövlət Universitetində (BDU) keçirilən ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” üzrə birinci seminarında iştirak edib.
ADNSU-nun 4 nəfərdən ibarət komanda ilə təmsil olunduğu yarışmada tələbələr tərəfindən düzəldilən “Blind Cone- Kor insanlar üçün ağıllı dəyənək” adlı cihaz II yerə layiq görülüb. ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) IV kurs tələbəsi İmamrza Quluzadəyə və komandanın digər üzvlərinə 2-ci yerə layiq olduqlarına dair sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Müxtəlif universitetlərdən iştirak edən 8 komandanın hər birində 4 iştirakçı olub. ICESCO-nun təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaxından iştirakı keçirilən seminarın məqsədi cihazqayırmaya və tərsinə mühəndisliyə dair əsas ideyaları təqdim etmək, habelə müxtəlif növ sensorların istifadəsi, verilənlərin əldə edilməsi və emal edilməsi haqqında iştirakçıları məlumatlandırmaq idi.