Aprelin 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Almaniyada təhsillə maraqlanan tələbələr üçün “Hardan başlamalıyam” adlı seminar təşkil olub.
Seminar Edu-Support Almaniyada Təhsil Mərkəzi və SRH Universitetinin regional meneceri İsmayıl Qədimlinin təqdimatı əsasında keçirilib.
Universitetin müxtəlif kurs tələbələrinin iştirak etdiyi seminarda Almaniyada təhsil almaq üçün tələblər, haradan başlamalı, müraciət tarixləri, qəbul şərtləri və s. haqqında geniş məlumat verilib.
Sonda bu və ya digər mövzuda tələləbələrin sualları cavablandırılıb.