×

News

News 19 Jun 2022
ADNSU-da çalışan müharibə veteranları ilə görüş keçirilib

İyunun 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə universitetdə müxtəlif vəzifələrdə çalışan müharibə veteranları ilə görüş keçirilib.

ADNSU-nun prorektorlarının iştirakı ilə keçirilən görüşdə Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov çıxış edərək Azərbaycanın Ordu quruculuğunun tarixindən danışıb. O, bildirib ki, bu gün Azərbaycan ordusu   maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə qabaqcıl ordular sırasında yer alıb. Qasım Məmmədov əlavə edib ki, 44 günlük Vətən müharibəsi  düşmən tapdağında olan əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə yanaşı,  Ordumuzun yenilməzliyini bir daha dünyaya bəyan etdi.

ADNSU Həmkarlar İttifaqı Komitəsinin  sədri Məzahir Babayev çıxışında universitetdə çalışan veteranların əsasən  birinci Qarabağ müharibəsi döyüşçüləri olduğunu  qeyd edib.  Ölkəmizdə olduğu kimi, universitetdə də veteranlara hər zaman diqqət və yüksək qayğı göstərildiyini deyən Məzahir Babayev həm müharibə veteranlarına, həm də Azərbaycanın ərazi bütövlüyü uğurunda qəhrəmancasına şəhid olmuş igid döyüşçülərimizin ailə üzvlərinə hər zaman  diqqətlə yanaşıldığını və hər bir azərbaycanlının onlarla qürur duyduqlarını vurğulayıb.

Veteranlar da onlara göstərilən diqqət və qayğıdan hər zaman razı qaldıqlarını bildiriblər. Tədbirdə veteranlara Fəxri Fərman və pul mükafatı hədiyyə olunub.


Share