×

Xəbərlər

Xəbərlər 08 Jun 2017
ADNSU tələbəsi “İT-Universe-2017” beynəlxalq yarışının qalibi olub

İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynada keçirilən “İT – Universe-2017” beynəlxalq yarışmasının qalibi olan ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin  IV kurs tələbəsi Soltanağa Hüseynov ilə görüşüb. Görüşdə ADNSU-nun Elm və texnika üzrə (elmi işlər üzrə) prorektoru Rauf Əliyarov, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri Araz Əliyev iştirak edib.

Görüşdə İT-in müxtəlif sahələrində ən son proqramlaşdırma üsullarından danışılıb. ADNSU-da bu cür savadlı və yüksək intellektli tələbələrin olmasına sevindiyini deyən rektor, professor M.Babanlı Azərbaycanda da bu cür yarışmalarda iştirak edə bilən komandaların olmasını arzuladığını bildirib. İT-in inkişafı və tələbələrin bu yöndə özlərini inkişaf etdirməsi üçün əlindən gələn dəstəyi göstərməyə hər zaman hazır olduğunu qeyd edən rektor M.Babanlı əsas məqsdin nəzəriyyə ilə praktikanın bir-birini tamamlaması olduğunu bildirib.

Rektor M.Babanlı 1 C – proqramlaşdırma yarışında finala çıxmış 10 ölkə iştirakçısı arasından məhz ADNSU-nun tələbəsinin qalib olmasını təkcə universitetin deyil, eyni zamanda ölkəmizin də uğuru olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukraynada keçirilən “İT-Universe-2017” yarışı iyun ayının 1-dən 2-nə kimi davam edib. Birinci yeri Azərbaycan, 2-ci yeri Belarus, 3-cü yeri isə Ukraynadan olan iştirakçı qazanıb.


Paylaş